SON DƏQİQƏ

Yaşasaydı bu gün 25 yaşı olacaqdı! - FOTO

Tarix:14-03-2021, 01:58

Bu gün Vətən müharibəsinin cəsur döyüşçüsü şəhid Ruslan İmanquliyevin doğum gündür.                                                                  

Ramiyyə ananın  yeganə övladı olan Ruslan İmanquliyev 1996-ci il 14 mart tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 2003-cü ildə Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinifini orta təhsillə bitirmiş və 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olmuşdur və 2015-ci ildə “Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirmişdir. O, 2015-ci il iyun ayında həqiqi hərbi xidmətə çağırılır və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edir.            

Ruslan 17.06.2020-ci il tarixində sevib seçdiyi Elvina xanım ilə ailə qurmuşdur. Amma çox təəssüf ki, gənc ailənin səadəti cəmi 3 ay çəkir...                                                                      

Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında  onu Azərbaycan Silahlı Qüvvələri sıralarına  qayıtmağa sövq edir. Priküşkül qəsəbəsində N saylı hərbi hissədə MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlamışdır. 2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk gündən düşmənlə qarşı- qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşur. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlik göstərmişdir.                                               

2 oktyabr... Ruslan İmanaquliyevin son döyüşü. Fizuli istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşur və boyun nahiyyəsindən vurulur, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 3 oktyabrda Ruslan son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında tarix yazaraq əbədiyyətə qovuşdu.        

Ali Baş Komandan İlham Əliyev vəzifə borcunu şərəflə yerinə yetirmiş İmanquliyev Ruslan Natiq oğlunu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidlər- dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidir.

Ruslan İmanquliyevin doğum günü Sumqayıt şəhər Şəhidlər Xiyabanından başlandı. Şəhidlərin məzarları ziyarət olunaraq ruhlarına dualar oxundu. 




Sumqayıt şəhər məcidinin axundu Hacı Rauf Sərdarov, Sumqayıt şəhər Şəhidlər Xiyabanı məcidinin axundu  Hacı Sahib Abdullayev, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə, döyüş yoldaşları, Ruslan İmanquliyevin xidmət etdiyin N saylı hərbi hissənin hərbiçiləri, Qarabağ qaziləri, şəhid anaları, ailənin yaxınları, şəhidin təhsil aldığı Sumqayıt şəhər 22 saylı tam orta məktəbin bir sıra müəllim kollektivi, təşkilatçı və direktor müavini Fərqanə  Yüzbəyova, şəhidin adını daşıyan 8 B sinifinin şagirdləri ailəni ziyarət etdilər.                                       
Məktəbin şagirdləri Ruslan İmanquliyevlə bağlı əl işlərindən ibarət müxtəlif bəzək əşyaları ailəyə hədiyyə olaraq təqdim etdilər. 
                                                                                 

Mərasim iştirakçıları Allahdan şəhid Ruslan İmanquliyevə rəhmət, anası Ramiyyə Səfərovaya səbr dilədilər!                                                                                         

Yeni yaşın mübarək əbədiyaşar şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”




                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ