SON DƏQİQƏ

Bu gün doğum günü olan Şəhid

Tarix:23-03-2021, 12:51

44 günlük  Vətən müharibəmiz  həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən əzmkarlığa yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin,  Vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi zamanı bir anda baş qaldıran mübarizə və qəhrəmanlıq xüsusiyyətlərinə kəskin şəkildə siraət etdi. 
Fərdi qəhrəmanlıqlardan  kollektiv qəhrəmanlıq formalaşdı . Və bu formalaşma qısa zamanda bütün xalqın qəhrəmanlığına yol açdı.
Bir yumruq olmuş xalq özünün Zəfərini dünyaya qalib ölkə olaraq təqdim etdi. 
Bu Zəfəri çiynində Qalibiyyətə aparan ən böyük qəhrəman isə Azərbaycan Əsgəri oldu. 
Qəhrəmanlığın yaşı olmaz deyimini 44 günlük müharibədə səngərdə təsdiqləyən  Azərbaycan əsgəri..
Vətən deyib,  gözünü qırpmadan özünü düşmən üzərinə atan Azərbaycan əsgəri. 
Sağlığında qəhrəman , ölümündən sonra əfsanələşən Azərbaycan əsgəri.  
 
Bəlkə də borcundan çıxmadım vətən,  
Ömür bahar deyil bir də qayıtsın.                      
Ölsəm də qoynunda qoy ölüm ki, mən,       
 Çürüyüm, bir qarış torpağın artsın.
      
- deyən Azərbaycan Əsgəri         
 
"Torpağı artıranlardan" biri , əfsanələşən igidimiz Şəhid Miqdad Abduləlimov haqqında yazmaq istəyirəm..
Bu gün doğum  günü olan Şəhidimiz haqqında ..
Əzmkarlığı və dəyanəti ilə Şəhid anası belə olmalıdır deyimini təsdiqləyən Tünzalə xanımın gözünün ağı - qarası olan oğlu Miqdad haqqında..
Miqdad  Abduləlimov 2002-ci ilin martında 23- də Qubada  anadan olub. Mirzəmməd kəndində 1-ci sinifə gedib. 2019-cu ildə Qubada 1 nömrəli məktəbi bitib və Bakıda İqtisad Kollecinə daxil olub. 
2020-ci ilin mayın 4-də hərbi xidmətə-  Vətənə oğul borcunu verməyə yollanıb.
Xidmətinin  beşinci ayında  Vətən müharibəmiz  başlanır. Və Miqdad könüllü olaraq, müharibəyə qatılır. 
Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşur. 29 oktyabr 2020-ci ildəki Tərtər müqaviləsində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən Şəhidlik məqamına yüksəlir.
Şəhidimizin anası Tünzalə xanım xatirələrinin birində deyir:
"  Miqdad döyüşlərə könüllü  qatılmışdı. Komandirləri ona  -təzə əsgərsən, döyüşə getməyəcəksən - desə də  - -komandirim hara, mən də ora-  deyib , müharibəyə qatılıb.  Komandirləri ilə birlikdə  çiyin-çiyinə döyüşlərdə iştirak edib" 
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən gənc əsgər Miqdad Abduləlimov Ali Baş Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mehriban Sadığova 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ