SON DƏQİQƏ

Şəhid gizir Elmar Nəsibovun xatirə lövhəsinin açılışı olub

Tarix:1-04-2021, 23:29

Xalqının xoşbəxtliyi uğrunda şəhid olan qəhrəmanlar heç vaxt unudulmur.01.04.2021-ci il tarixində Sumqayıt şəhər 4-cü mikraroyon 26-cı evin qarşısında Vətən müharibəsində şücaətliklə vuruşaraq şəhidlik zirvəsinə ucalan gizir  Elmar Nəsibovun xatirə lövhəsinin açılışı olub. Aşılış mərasimində şəhidin yaxınları, doğmaları və ailə üzvüləri iştirak edirdi.
Xatırladaq ki, Nəsibov Elmar Şirzad oğlu 11 ildən artıqdır ki, Azərbaycan Silahlı Qüvvələrində gizir rütbəsində xidmət edir. Qələbə tariximizin ilk səhifəsi olan Aprel döyüşlərində iştirak etmişdir. 27 sentyabr Ermənistanın Azərbaycana əks hucumu başladığı gündən döyüşlərə qatılaraq ən ağır döyüşlərin iştirakçısı olur. Cəbrayıl, Füzuli, Zəngilan torpaqlarının   alınmasında mərdliklə vuruşmuşdur. 13 oktyabr 2020-ci il tarixdə Füzulinin Qaraxanbəyli kəndində gedən ağır döyüşlərdə mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev silahlı Qüvvələrinin giziri Nəsibov Elmar Şirzad oğluna ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif etmişdir. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”




                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ