SON DƏQİQƏ

“Ümüd Xeyriyyə Cəmiyyəti” Aprel şəhidlərinin ailələri ilə görüş keçirtdi- FOTOLAR\VİDEO

Tarix:4-04-2021, 20:34

Bu gün “Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikovanın təşəbbüsü ilə  Aprel şəhidlərinin anım günü ilə əlaqədar onların ailələri ilə görüş keçirildi
Görüş Sumqayıt şəhər Şəhidlər Xiyabanında canını Vətən yolunda vəda vermiş oğulların məzarlarını ziyarətlə başladı. İlahiyyətçi, dini xadim  Eldayaq Hüseynov, Sumqayıt "Cümə məscidi"nin axundu Rauf Sərdarov, Corat “Cümə məscidi”nin axundu Sahib Məmmədov şəhidlərin ruhlarına dualar oxudular və ən ali zirvə olan şəhidlik zirvəsinin məram və məqamından söhbət açdılar. Şəhid anaları övladlarının şərəfli yolundan  qürur duyaraq onların həyat və döyüş yolundan danışdılar. Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbin şagirdləri şəhidliyə və şəhidlərə həsr olunmuş seirlərlə şəhid analarının və tədbir iştirakçılarının qarşısında çıxış etdilər.                                                         
Sonra görüş şəhidlərin adına  verilən ehsan süfrəsində davam etdirildi və şəhidlər haqqında xoş xatirələrdən danışıldı.  İlahiyyətçı, dini xadim Eldayaq Hüseynov şəhidlik zirvəsindən, o zirvənin ali məqamlarından söhbət açaraq şəhid ailələrinə səbr dilədi.                                  
Görüşdə Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan şəhidlərin ailə üzvüləri iştirak edirdi. Murad Məmmədovun anası Sevil Məmmədova, Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Rəşid Baxşəliyevin anası Cimnaz Baxşəliyeva, Seymur Baxşiyevin anası Zenfira Baxışova, Sərxan Əliyevin anası Esmira Əliyeva. Vətən müharibəsi qazisi Həsən Yaqubov keçdiyi şərəfli döyüş yolundan və döyüş yoldaşlarından olan xatirələri qonaqlarla və məktəb şagirdləri ilə bölüşdü. 
Tədbirin təşkilatçılığında yaxından köməklik göstərən xeyriyyəçi xanım Gulşən Quliyevaya, Sumqayıt şəhəri V,İbrahimov adına 35 saylı tam orta məktəbin  ibtidai müəlliməsi Nigar Vəliyevaya və məktəbin 2-ci və 6-cı sinif şagirdlərinə minnətdarlığımızı bildiririk.         
Sumqayıt şəhəri 2 mikrorayonda fəaliyyət göstərən “Hicaz” ailəvi məkanın rəhbəri Ruhin Mərdəliyevə və bütün işçi personala öz dərin təşəkkürümüzü bildiririk. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”










FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ