SON DƏQİQƏ

Şəhid idmançımızın doğum günüdür.

Tarix:13-04-2021, 23:50

Yaşasaydı 19 yaşı tamam olacaqdı. 
13.04.2021-ci il tarixində Ağstafa rayon Yenigün kənd sakini, idmançı şəhid Cəlilov Xaləddin Asəf oğlunun doğum günüdür. 
Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə veteranlar, şəhidin döyüş yoldaşları, idmançı dostları və ailə üzvləri və yaxınları onun məzarı başına toplaşmışdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda çanından  keçən Vətən oğullarının ruhuna dualar oxundu. Sonra şəhidin idman naliyətləri haqqında ətraflı məlumat verən Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev bildirdi ki, şəhid Xaləddin Cəlilov tərəfimizdən keçirlən tədbirlərdə hər zaman fəal iştirak etmişdi. Ölkə daxili və beynəlxalq yarışlarda nəaliyyətlər qazanmışdı. 2019-cu il iyul ayında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək çempion adını qazandı. Elə həmin ildə Ağstafa rayon icra başçısı tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 
Daha sonra Ağstafa rayon İcra Hakimiyətinin nümayəndəsi Hamil Həsənov şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə gələcəkdə idman yarışları keçirləçəyni bildirdi. Xaləddinin məşqçi müəllimi Akşin Mansurov şəhidin hər zaman vətənpərvər, sağlam, güclü bir döyşçü olduğnu dilə gətirdi.


Veteranlar adından cıxış edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa üzrə sədri  Mirzahid Hacıyev bildirdi:                                                                                           
- 44 günlük Vətən müharibəsində xalqla ordu arasında olan birlik, nəticəsində düşmən məğlubiyətə dücar oldu. Xaləddin kimi oğullar düşmənə DƏMİR YUMRUQ göstərərək xalqımıza zəfər qazandırdı. 
Şəhidin döyüş yoldaşlarıda yaxından iştirak etdilər. Daha sonra şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə hər bir kəsə minnətdarlığını bildirdilər. Şəhidmiz ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Subay idi.
Yeni yaşın mübarək şəhid qardaşım! 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”


                                                                                                                                                                         
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ