SON DƏQİQƏ

Tərtərdə zərər dəymiş 3019 obyektə baxış keçirilib

Tarix:16-12-2020, 22:50

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonuna dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.XeberTıme.az  xəbər verir ki, bu barədə  Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib.
O bildirib ki, komissiya üzvləri artıq rayon ərazisində 3019 obyektə baxış keçirilib: "Həmin obyektlərdən 70 yaşayış evi, 4 sahibkarlıq obyekti, 1 orta məktəb tam dağılıb, 2944 ev və obyektə isə ziyan dəyib. Bununla yanaşı, ermən təxribatı nəticəsində 44 avtomobilə ziyan dəyib, 82 heyvan tələf olub. Bu günə qədər Tərtər rayonunun 14 kənd, 1 qəsəbə, və şəhərə baxış keçirilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ