SON DƏQİQƏ

Xalqımızın öz xilaskar ordusu ilə öyünməyə və qürur duymağa haqqı var

Tarix:21-04-2022, 00:43

Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var.Prezident İlham Əliyevin aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi əsas müddəalardan biri də ondan ibarət oldu ki, ordu quruculuğunu daha da möhkəmləndirmək lazımdır.Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır.
Hal-hazırda Azərbaycan Ordusu dünyanın iri dövlətlərinin orduları ilə müqayisə edilir ki, bu da ordumuzun qüdrətini bir daha təsdiqləyir. Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesini dayandırmayıb.Müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır.
Artıq Müdafiə Nazirliyində yeni struktur islahatları aparılıb. İstənilən vəzifəni icra etməyə qadir olan yeni qoşun növü – Komando növü yaradılıb. Komandoların əsas fəaliyyət istiqaməti çətin relyef şəraitində döyüş tapşırıqlarını icra etməkdir. Hansı ki, bu bölmələr sırf texnikaların keçməsinin mümkün olmadığı ərazilərdə əməliyyatlar üçün hazırlanır. Azərbaycan ordusunda bu bölmələrin təşkili icra olunacaq əməliyyatlarda olduqca önəmlidir. Eləcə də Vətən müharibəsinin sınağından qəhrəmancasına çıxmış Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılır.
Dövlət başçısı İlham Əliyev Prezident seçildiyi ilk gündən bəyan etmişdir ki, ordunun möhkəm, qüdrətli olması üçün ölkə iqtisadiyyatının güclü olması vacib şərtdir. Bu reallıq fonunda ölkə rəhbərliyi iqtisadiyyatın inkişaf tempinə adekvat olaraq ordu quruculuğu istiqamətində də qətiyyətli addımlar atır.
Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir hərbi texnika və silah-sursatla təchizatı, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlərin icrası məqsədilə maliyyə təminatının yaradılması 2022-ci il üçün də dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biridir. 2022-ci il üçün icmal büdcəsində xərclərin əhəmiyyətli hissəsinin - təxminən 4 milyard 490 milyon manat vəsaitin müdafiə və təhlükəsizlik məsələlərinə yönəldilməsi, bu istiqamət üzrə ayrılmış vəsaitin Vətən müharibəsinin aparıldığı 2020-ci ildən də çox olması sadalanan işlərin daha mükəmməl şəkildə aparılmasına imkan verəcək.Yeri gəlmişkən, bir müddət bundan əvvəl Kəlbəcər və Laçın rayonlarında hərbi obyektlərin və Hadrut qəsəbəsində yeni hərbi hissənin açılması da Vətən müharibəsindən sonra ordu quruculuğu ilə bağlı görülən işlər sırasında xüsusi önəm daşıyır.
Azərbaycan xalqının Ordumuza etimadı sonsuzdur. Xalqımız Ordumuza inanır, ona etibar edir, rəğbət bəsləyir və onu qəlbən sevir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı ilə yanaşı, Ali Baş Komandanın liderlik, hərbi sərkərdəlik qabiliyyətini də tam olaraq üzə çıxardı.Ali Baş Komandanın ortaya qoyduğu güc xalqı öz liderinin ətraflnda birləşdirərən vahid Dəmir yumruğa çevirdi. Bu yumruq isə düşmənin başını əzməklə yanaşı, xalqın birliyinin, bərabərliyinin sübut etdi.Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimi tanınır.
 
Elçin Tağıyev                                                                     
Goranboy rayon Mədəniyyət Mərkəzinin əməkdaşı, İctimai fəal. 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ