SON DƏQİQƏ

Azərbaycan bu gün sülh və əmin-amanlığın təminatçısı qismində çıxış edir.

Tarix:2-05-2022, 02:11

Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. 
Yaşadığımız bölgə yerləşdiyi coğrafi mövqeyə görə hər zaman dünya güclərinin maraqlar toqquşmasına tuş gəlib. Beynəlxalq güclər hər zaman regionun zəif ölkələrini təsir altında saxlamağa çalışıblar. Ona görə Cənubi Qafqazda sülh hər zaman kövrək olub. Tarixi torpaqlarımızda yaradıldığına görə qonşumuz olan Ermənistanın sülhün bu regionda mütəmadi pozulmasında müstəsna rolu vardır. Ermənistanın Azərbaycanın torpaqlarını otuz ilə yaxın işğal altında saxlaması Cənubi Qafqazda sülhə ən böyük mane olmaqla, regionun vacib mövqeyindən səmərəli istifadəni məhdudlaşdırmışdı.
“Sülhün təmin olunması, ədalətin bərpası üçün ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti də bir nəticə verməmişdi. 
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz tam çəkilməsini tələb edən dörd qətnaməsinin olmasına baxmayaraq, regionda sülh təmin edilməmişdi. Azərbaycan münaqişənin həll olunması, sülhün yaranması üçün otuz il səbir nümayiş etdirdi. Əlbəttə, bu, strateji yanaşma, siyasi şəraitin formalaşdırılması idi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə region yeni mərhələyə daxil olub və Azərbaycan indi gələcəyə əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır”
İğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəkilində təqdim olunur. Həmçinin, Azərbaycanın sülhə, gələcəyə, inteqrasiyaya olan inamını göstərən işlər də nümayiş etdirilir.
“Ötən il təşkil olunan tədbirdən keçən bu müddət ərzində Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Ölkəmiz sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edib. Son zamanlar Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəkdir.

Elçin Tağıyev
YAP fəalı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ