SON DƏQİQƏ

Heydər Əliyev və azərbaycançılıq

Tarix:10-05-2022, 14:21

“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubuyyətinə görə qürur hissi keçirtməlidir. Və biz azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətinı, milli-mənəvi dəyərlərini yaşatmalıyıq” Ümumilli lider Heydər Əliyev.
Azərbaycan xalqının ümumilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqın xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısında xidmətləri misilsizdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin tərəqqisi illəri kimi qalıb.1969-1982- ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişiklilər baş vermişdir.
Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin real siyasi amilə çevrilməsidir.
Məlum olduğu kimi, azərbaycançılıq ideyasının tarixi son iki əsri əhatə edir. XIX əsrin milli maarifçilik hərəkatı nümayəndələrinə qədər azərbaycançılıq ifadəsi əsasən vətənçilik, vətənsevərlik mənasında işlədilirdi. Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə azərbaycançılıq ideyasını yeni dövrü sistemli məzmunda dövlət siyasəti səviyyəsinə qaldırmağa cəhd göstərərək Cümhuriyyətin fəaliyyətini bu istiqamətdə qurmağa çalışmışlar. Cümhuriyyətin süqut etməsi azərbaycançılıq ideyasını gündəmdən çıxararaq kommunist ideologiyasının kölgəsinə saldı. Sovetdövründə azərbacançılıq milli adət-ənənələrdə, müəyyən qədər bədii əsərlərdə yaşamışdır.
Məhz Heydər Əliyev azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövləçilik düşüncəsini-ötən əsrin 70-ci illərinin əvvələrində başlamaqla əsrin sonlarına doğru-müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Ümumilli lider həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideyasını sistem halına salınmasında bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Ulu öndər daim vurğulayırdı: “ … azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.”
Azərbaycan Respublikasının prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Ulu öndərin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır, tarixilik və müasirliyin nəzəri vəhdəti əsas yer tutur.10 noyabr 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqi azərbaycançılığın tarixi proqram sənədidir.
2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultayın dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, həmrəyliyin təmin olunması, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi üçün şərait yaratmışdır. Həmin qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsi məqsədilə ümumilli lider 2002-ci ildə “Xaricdə yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı.
Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlərində onların daim milli ideya ətrafında birləşməyə, milli təşkilatlar, dərnəklər yaratmağa səsləmişdir. Eyni zamanda, Vətənlə-doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir anda olsun Azərbaycanı unutmamağa çağırmışdır. Bu ideologiyanın pozitiv xarakteri həm də dünyaya səpələnmiş 50 milyonluq azərbaycanlının vahid ideallar naminə səfərbər etmək qüdrətilə müəyyən olunur.
Ulu öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil. Heydər Əliyev 1997-ci ildə ABŞ-a səfəri zamanı çoxsaylı azərbaycanlılarla görüşündə bunu bir daha vurğulamışdır: “Harda doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısan.”
Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilininin milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlamışdır.1978-ci ildə Ulu öndər böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-nin konstitusiyasına daxil etmişdir.
Azərbaycan əlifbasının tətbiqi ilə bağlı fərman imzalamaqla iki əsrə qədər uzun bir zaman ərzində həll olunmamış bu problemin aradan qaldırılmasında həmişə olduğu kimi qətiyyətli mövqe nümayiş etdirdi. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı böyük tarixi siyasi əhəmiyyətə malik sənədlərdir. Beləliklə 1 avqust əlifbamızın və dilimizin bayramı kimi rəsmiləşdirildi. Bu da azərbaycançılığın yeni bir bayramı oldu. Eyni zamanda bu tarixi sənədlər yeni əsrin və üçüncü minilliyin əvvəllərində azərbaycançılığın tərkib hissəsi kimi böyük strategiyasının təməl faktları idi.
Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindən birini məhz gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi təşkil edir. Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi, gənc nəslin mütəşəkkil formada yetişdirliməsi üçün Ulu öndər 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Heydər Əliyev sözü gedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət istitutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Heydər Əliyevin imzaladğı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Forum ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdridi və gənclərlə işin nəzərə çarpacaq dərəcədə canlanmasına səbəb oldu.1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 Fevral Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbacançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin poliotoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılğın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.
Sevinc Əmirova 
Sumqayıt şəhərinin Tarixi Muzeyinin Kütləvi ekspozisiya şöbəsinin müdir

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ