SON DƏQİQƏ

Aqstafada Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ehtiramla qeyd olunub- FOTOLAR

Tarix:10-05-2022, 23:30

10 may 2022-ci il Aqstafa rayonu Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ehtiramla qeyd olunub.
Əvvəlcə Ulu Öndər heydər Əliyevin büstü ziyarət olundu, üstünə tər güllər qoyuldu.Tədbir  Aqstafa rayonu Heydər Əliyev Mərkəzində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi. 
Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, “Heydər Əliyev bəşəriyyətin yetirdiyi ən nadir və görkəmli tarixi şəxsiyyətlərdən və tarix yazan şəxsiyyətlərdən biridir. Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük rəhbər misilsiz fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də ulu öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qa­zanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir.
Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inki­şaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xa­rici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. 
Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad­dır-- xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini da­vam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin bö­yük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.
Bütün bunlara görə qədirbilən xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur və hər zaman onu ehtiramla anır!”  
 
Mirzahid Hacıyev                                                                          

Hərbi ekspert


 
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ