SON DƏQİQƏ

ABŞ-nin yeni səfiri Azərbaycana GƏLDİ

Tarix:4-12-2023, 07:54

ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libby Bakıya gəlib. 
XeberTıme.az  xəbər verir ki, bu barədə səfirliyin X hesabında bildirilib.
 
“Azərbaycana təyin olunmuş səfir Mark Libby - xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik” – deyə səfirlik bəyan edib.
 
Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ Senatı Mark Libbini Azərbaycanda səfir vəzifəsinə təsdiqləyib. ABŞ-nin Azərbaycandakı əvvəlki səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda bitmişdi.
 
ABŞ Prezidenti Co Bayden Mark Libbinin Azərbaycanda səfir postuna namizədliyini ötən ilin mayında irəli sürmüşdü. 
Libbu bu təyinatadək Vaşinqtondakı Milli Müharibə Kollecində çalışırdı
 
O, 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. Həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir olub.
 
Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib.
 
Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub.
 
M.Libbi Massaçusetsdəki Tafts Universitetində və Parisdə Institut des Etudes Politiques-də bakalavr, Amerikada Milli Hərbi Kollecdə magistr təhsili alıb.
 
İngilis, polyak və fransız dillərini bilir. 

 XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ