SON DƏQİQƏ

İsmayıl Zalov- Azərbaycan tarixinin ən şərəfli günlərini sizin sayənizdə yaşadıq.

Tarix:21-01-2024, 00:50

Möhtərəm cənab Prezident, İlham Əliyev!Dövlət başçısı kimi iyirmi illik fəaliyyətiniz dövründə xalqa verdiyiniz vədlər bütünlüklə yerinə yetirilmiş, ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olmuş, insanların rifah halı daha da yaxşılaşmışdır. Ötən dövrdə siyasi, iqtisadi imkanları genişlənmiş Azərbaycanın müasir ordusu yaradılmış, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilmişdir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ən əsası isə Sizin rəhbərliyiniz altında Azərbaycanın ərazi bütövlüyü tam təmin edilmiş və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçmişdir.
Siyasi uğurlarınızın nəticəsidir ki, Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi.
“Zalov İmza TV Alyans”-ın rəhbəri Beynəlxalq hüquq eksperti
Zalov İsmayıl Oqtay oğlu, Sizi daimi Prezident görmək arzusundadır! Qarşıdan gələn növbədənkənar prezident seçkilərində birmənalı olaraq Sizin qələbənizi arzulayır və Sizin rəhbərliyiniz altında daima Azərbaycanın uğurlarına şahid olmağı diləyirik!
Azərbaycan tarixinin ən şərəfli günlərini Sizin sayənizdə yaşadıq. Bizə bu qüruru yaşatdığınız üçün Sizə hər zaman minnətdarıq! Biz sizi daimilik PREZİDENT olmanızı arzulayırıq.

Hörmətlə: İsmayıl Zalov.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ