SON DƏQİQƏ

Prezident seçkiləri Azərbaycanda yeni dövrün başlanğıcıdır- FOTO\VİDEO

Tarix:9-02-2024, 02:53

7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri demokratik, şəffaf və ədalətli keçirilmişdir. Prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir.                                               

Zalov İmza TV-Alyansın direktoru, Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov “XeberTıme.az” Analitik İnformasiya Portalına prezident seçkiləri haqqında öz fikirlərini bildirdi:                                                                           

- Mən Bakı və Bakı ətrafı kəndlərdə 20-yə yaxın seçki məntəqələrində respublika müşaviri idim. Hər bir dairədə, hər bir məntəqədə seçicilər seçkilərə gələrək öz səslərini rahat, azad şəkildə onlara verilən seçki qanunlarından istifadə edərək səs verdilər və Qalib Xalq Qalib Liderini seçdi!!!      

Parlaq qələbə qazanması münasibətilə Azərbaycan Prezident seçkilərində İlham Əliyevə səs verən xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək.                          
Prezident cənab İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın firavanlığı, yüksəlişi və qlobal aləmdə nüfuzunun daha da güclənməsi yolunda qarşıya qoyduğu bütün hədəflərə çatmağı arzulayaram, xalqımızın əmin-amanlığı, rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər diləyirəm.




Səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürüdür.  

                      
XeberTıme.az sizə İsmayıl Zalovun müşavir olduğu məntələrdə çəkilən video roliki təqdim edir. 


Yeganə Telmanqızı 
XeberTıme.az
     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ