SON DƏQİQƏ

İlham Əliyev 92,12 faiz səslə qalib gəlib - MSK protokolların 100 faizini HESABLADI

Tarix:9-02-2024, 22:43

Azərbaycanın Respublikasının hazırkı dövlət başçısı İlham Əliyev 7 fevral tarixində keçirilmiş növbədənkənar Prezident seçkisində səslərin 100 faizini hesabladıqdan sonra 92,12 faizlə qalib gəlib.
XeberTıme.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirlib.

İlham Əliyevə 4 milyon 577 min 693 seçici səs verib.

Digər namizədlərin səs faizi aşağıdakı kimidir:

Zahid Oruc - 2,17 faiz (107,877 min səs);
Fazil Mustafa - 1,98 faiz (98,623 min səs);
Qüdrət Həsənquliyev - 1,72 faiz (85,607 min səs);
Razi Nurullayev - 0,8 faiz (39,727 min səs);
Elşad Musayev - 0,66 faiz (32,956 min səs);
Fuad Əliyev - 0,53 faiz (25,561 min səs).

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağa nəzarəti bərpa etdikdən sonra ilk dəfə olaraq bütün ölkə üzrə Prezident seçkiləri keçirilib. Seçkilərdə 90 mindən çox müşahidəçi qeydə alınıb. 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ