SON DƏQİQƏ

Hüquq eksperti İsmail Zalovun brifinqdə çıxış edib

Tarix:29-02-2024, 02:09

27.02.2024-ci il tarixində ZALOV İMZA TV ALYANSIN rəhbəri, hüquq eksperti İsmail Zalovun brifinqdə çıxışı. Özlərini dünyaya demokratik, hüquqi dövlət kimi tanıdan ABŞ və bəzi bunun kimi demokratik, hüquqi dövlət kimi özlərini   dünyaya  tanıdan dövlətlərin polisinin vətəndaşa qarşı olan zorakı hərəkətlərinə nəzər salaq. Demokratiyadan danışan ABŞ polisinin iş fəaliyyətini nəzərdən keçirdək. 2023-cü ildə ABŞ-da polis tərəfindən 1329 nəfər insan öldürülmüşdür. 2023-cü ilin cəmi 14 günü ABŞ polisi   tərəfindən ölümsüz olmuşdur. Hətta 2023-cü ilin noyabr ayında Ohayo ştatında ABŞ polisi hamilə qadına da acımadan atəş açaraq öldürmüşdür. Hamımıza da məlumdur ki, yaxın keçmişdə də ABŞ polisi tərəfindən   öldürülən Corc Floyda görə insanlar küçələrə axışaraq qaradərililərə qarşı ABŞ polisi tərəfində edilən zorakılığa görə öz etirazını bildirmişlər. Azərbaycan dövləti hüquqi, demokratik dövlətdir buna görə də Azərbaycan polisi öz vətəndaşına qarşı silah və digər zorkı vasitələrdən istifadə etmir. Vətəndaş polisə müraciət edəndə onun  şikayətinə dərhal operativ olaraq diqqət edilir, vətəndaşın etdiyi müraciətə dair problemi ən qısa zamanda həllini tapır. Azərbaycan polisi hər hansı bir cinayətkarı zərərsizləşdirən zaman lüzumsuz yerə odlu silah, gözyaşardıcı qaz, rezin güllələr, elekroşok tətbiq etmir. Qeyd etmək istəyirəm  ki, günün hansı saatı olursa olsun vətəndaşın Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə olan şikayəti ən qısa zamanda həllini tapır. Vətəndaş öz doğmasına atasına, anasına, qardaşına yığmır birinci olaraq Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edir. Vətəndaşın dərhal yanında olan Azərbaycan polisi olur. Budur demokratik dövlətin polisi vətəndaşına qarşı qayğı göstərir onun etdiyi müraciəti tam şəffaflıqla araşdırıb hüquqi qiymət verir. Hüquq mühafizə orqanlarının əməkdaşları Azərbaycanın bütün ərazilərində, işğaldan azad olmuş Qarabağımızda da 24 saat xidmət edir. Vətəndaşlar axşam işdən mənzillərinə gələndə rahat evlərində istirahət edərkən, onun içtimai təhlükəsizliyini, daşınar və daşınmaz əmlaklarını çöldə 24 saat xidmət aparan Azərbaycan polisi qoruyur. Azərbaycan polisi toy bilmədi, bayram bilmədi, şənlik bilmədi daima vətəndaşına xidmət etdi. Cinayətkar şəbəkələr heç bir zaman polisi sevməyərək ona qarşı qarayaxma kompaniyaları həyata keçirtmək istəyir lakin bu da uğursuz olur. Ona görə ki Azərbaycan polisi cəmiyyətimizdə baş verən bütün cinayətlərə qarşı hər zaman mübarizə aparır. Azərbaycan polisi dilindən, dinindən, irqindən, milliyətindən aslı olmayaraq Azərbaycanda yaşayan hər bir vətəndaşın təhlükəsizliyini onun daşınar və daşınmaz əmlakını, qoruyur.  Azərbaycan polisi Avropa polisinə nümunədir. 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ