Bu gün Milli Məclisin kollektivi və deputat həmkarlarımla 27 sentyabr - Anım Günü münasibətilə Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət etdik.
Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputat həmkarlarım, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri ilə birlikdə Anım Günü ilə bağlı Şəhidlər xiyabanında keçirilən tədbirə qatıldım.
Anım tədbirlərində Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla andıq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Hörmətlə:
Səbinə Salmanova
Milli Məclisin deputatı