Birinci vitse-prezident Mehriban Əliyeva instaqramdakı rəsmi hesabında COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransdan paylaşım edib.
XeberTıme.az paylaşımı təqdim edir:
Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans təşkil olunub.
Konfransda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak ediblər.
✔️As part of the 29th session of the Conference of the Parties (COP29) to the UN Framework Convention on Climate Change, a conference titled “Youth at the Forefront of Climate Action” took place in Baku.
Attendees included Mehriban Aliyeva, First Lady of Azerbaijan; Aigul Zhaparova, First Lady of Kyrgyzstan; Ziroatkhon Mirziyoyeva, First Lady of Uzbekistan; Emine Erdogan, First Lady of Türkiye; along with Salim bin Mohammed AlMalik, Director-General of ICESCO; Tatiana Molcean, Executive Secretary of the United Nations Economic Commission for Europe (UNECE); and Regina De Dominicis, UNICEF Regional Director for Europe and Central Asia.
#COP29 #COP29Azerbaijan