Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevirdi. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz, xalq birliyi bizə qələbəyə apararaq torpaqlarımızı işğaldan azad etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı. 32 ildən sonra Müzəffər Ali Baş Komandanımız və Ordumuz Şuşanı işğaldan azad etdi, Qarabağı Azərbaycana qaytardı. Artıq bütövləşmiş Qarabağ torpaqlarımızın hər yerində 3 rəngli bayrağımız dalğalanır. Azərbaycan bütün dünyaya haqlı olduğunu sübut etdi, şərəfli, ləyaqətli döyüşlə öz torpaqlarını azad etdi. 44 günlük müharibə Azərbaycanın necə güclü, peşəkar orduya malik olduğunu, ən müasir texnikalarla XXI əsrin ədalətli müharibəsini apardığını göstərdi. 32 il öncə müstəqillik üçün ayağa qalxan igidlərimiz eyni ruhla işğal altındakı ərazilərimizi azad etdilər.
Artıq azad olunan Qarabağımızdakı kəndlərimiz, şəhərlərimiz yenidən qurulur, bərpa edilir, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdır. Bu bayramın 36-cı ildönümünü xüsusi qürur hissi ilə qeyd edirik.
Milli Dirçəliş günün mübarək, Azərbaycan!
Əkbər Yusifoğlu
Tanınmış hüquqşünas