SON DƏQİQƏ

Millət vəkili Səbinə Salmanova DİA-nın tələbəri ilə görüşüb- FOTOLAR

Tarix:5-12-2024, 20:42

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin III kurs tələbələri (qrup - DİM221) ilə görüşdüm.Onlarla təcrübəmi bölüşdüm. Həmçinin interaktiv formada təşkil edilən görüşdə tələbələrin mənə ünvanladıqları suallarını cavablandırdım.
Sevindirici haldır ki, Akademiyanın Siyasi idarəetmə fakültəsinin Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alan tələbələrdən 25-i qız və 3-ü oğlan idi. Nə xoş ki, kişilərlə yanaşı, Azərbaycanımızın gələcək inkişafına və tərəqqisinə, çiçəklənməsinə töhfə verəcək qadın siyasətçilər yetişir.
Xalqın, millətin mövcud olması üçün onun sağlam gəncliyi olmalıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Bu gün tələbələrimizlə görüşdə də bir daha əmin oldum ki, belə qabiliyyətli, vətəninə, torpağına, dövlətinə qırılmaz tellərlə bağlı gəncləri olan bir ölkənin sabahı daha işıqlı, daha firavan olacaq.
Tələbələrə qısa müddətdə yenidən görüşərək mühazirə oxumaq sözü də verdim. 
Dəvətə görə Akademiyanın rəhbərliyinə və fakültə dekanlığına təşəkkür edirəm. 



 
Səbinə Salmanova                                                       
VII çağırış Milli Məclisin deputatı    
 
                               
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ