SON DƏQİQƏ

DTX onları Bakıya gətirdi - Məhkəmə KEÇİRİLİR

Tarix:12-05-2025, 10:20

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub. 
 XeberTıme.az bildirir ki,   qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.


 
Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.
 
DTX-nin Mətbuat xidmətindən isə yerli medianın sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcəkdir. 


 XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ