Şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı davam edir. Bu günə qədər 12 mindən artıq ailə dövlətin bu dəstəyindən yararlanıb. Yaxın 2 ay ərzində isə daha bir qrup şəhid ailəsi və qaziyə fərdi ev və mənzillər veriləcək. Proses avqust-sentyabr aylarında reallaşdırılacaq.
XeberTıme.az "Xəzərxəbər.az"a istinadla xəbər verir ki, sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimovun sözlərinə görə, dövlətin sosial dəstəyi ümumən il ərzində davam edəcək.
Zaur İbrahimov bildirib ki, ümumilikdə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572, 2021-ci ildə isə 3000 şəhid ailəsi və qaziyə mənzil verilib.
Müharibə əlillərinin minik avtomobili ilə təminatından da danışan qurum rəsmisi hazırda bu prosesin də davam etdiyini bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda daha 60 nəfərə avtomobillər veriləcək.
“XeberTıme.az”