SON DƏQİQƏ

“Əlil Qadınlar Cəmiyyəti”nin üzvləri“Gəl, danış” verilişinin qonağı olub

Tarix:19-10-2023, 01:22

XeberTıme.az “Bu Gün TV Media Qrumu"na  istinadən xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) üzvləri Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi”layihəsi çərçivəsində Space tv-də “Gəl, danış” sosial verilişində qonaq olublar.
Tanınmış aparıcı Amilı Xəlil müxtəlif növ əlilliyi və kommunikasiya çətinlikləri olan qadın və qızların ictimai xidmətlərdən istifadəsi zamanı rastlaşdığı mövcud problemlərə toxunub. Cəmiyyətin sədri, layihə rəhbəri Məhluqə Qaramanlı bu problemlərin həlli istiqamətində 1 ildir ki, BMT-nin Qadınlara qarşı Zorakılığa Son Qoyulması üzrə Etimad Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdikləri layihədən danışıb. Dövlət qurumlarının əməkdaşlarından ibarət koordinasiya şurasının yaradılmasından, onlara hər ay təlim və seminarların təşkil edilməsindən, əlilliyi olan şəxslərin dövlət xidmətlərinə çıxışları zamanı rastlaşdıqları çətinliklərin həllinin tapılmasının həmin görüşlər zamanı diqqətə açıb.


Daha sonra layihənin koordinator köməkçisi Rima Məmmədova və “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva əlilliyi olan şəxslər və onların himayəçiləri arasında keçirilən sorğunun nəticələrindən danışıblar. Hazırlanan infoqrafika faiz göstəricilərinə uyğun olaraq monitor vasitəsi ilə verilişin iştirakçılarının və izləyicilərin diqqətinə çatdırılıb.
Aparıcı A.Xəlil növbəti sualıEtika Akademiyasının rəhbəri Günel İbrahimə ünvanlayıb.O, layihə çərçivəsində paytaxt və bölgələrdə dövlət qurumunda çalışan əməkdaşlara keçdiyi təlimin mahiyyətindən danışıb. Onlara həssas qrupdan olanlarla ünsiyyət qaydalarını izah etdiyini, dövlət qurumlarında əlilliyi olan qadınlara innovativ xidmət və etik davranış üsullarının əslində necə həyata keçirilməsini mənimsətdiyini bildirib.
Amil Xəlil bu gün fiziki məhdudiyyətli şəxslərin tez-tez rastlaşdığı müyəssərlik məsələsinə də diqqət çəkib. Buguntv-nin əməkdaşı Kəmalə Sultanın pandus problemiilə bağlı hazırladığı süjet Space tv-nin canlı efirində yayımlanıb. Jurnalist reportajı hazırlayarkən əlilliyi olan bir vətəndaş kimi rastlaşdığı çətinliklərə diqqət çəkib. İctimai-iaşə obyektlərində müyəssərliyin olmamasının digər problemlərə yol açdığını söyləyib.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyininsədri İradə Rizazadə əlilliyi olan qadın və qızlara keçdiyi seminarın nəticələrindən, bölgələrdə əlilliyi olan şəxslərin müyəssərlik məsələsində problemlərin olduğunu, onların bu və digər səbəbdən ailədə və yaşadıqları icmalarda dəstəyə ehtiyaclarının olduğunu vurğulayıb. 



Verilişdə müxtəlif dövlət qurumlarının əməkdaşları da iştirak edib. TƏBİB-in əməkdaşı Göyçək Mürsəlova çıxışında əlilliyi olan şəxslərin icbari tibbi sığorta zamanı yararlana bildiklər xidmət növlərindən danışıb. Mütəmadi olaraq onlarla bağlı təmənnasız aksyalar həyata keçirdiklərini və bu şəxslərin müraciətləri əsasında lazımi dəstəyin göstərildiyini bildirib.

Qeyd edək ki, layihə çərçivəsində əlilliyi olan qadınlar üçün 3000 tirajlı təlimat kitabının nəşri də nəzərdə tutulub. Bu barədə cəmiyyətin İdarə Heyyətinin üzvü Zinyət Vəliyeva məlumat verib. “Kitabın hazırlanması dövlət qurumlarının məlumatları əsasındanəşr ediləcəkdir. Bununla bağlı artıq əlaqədar nazirlik və xidmət agentlikləri tərəfindən məlumatların toplamasına şəraitin yaradılmışdır. İlin sonuna qədər təlimat kitabı nəşr olunacaqdır.
 

Verilişdə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədiri Məhluqə Qaramanlı  əlilliyi olan qadınların məşğulluğu istiqamətindəgörülən işlərin müsbət nəticələri, layihənin davamlılığı, qarşıdakı illər ərzində görüləcək işlərdən danışıb. Onun sözlərinə görə, bu müddət ərzində kitab nəşri ilə yanaşı, seminar, dəyirmi masa və təlimlərin keçirilməsi, əlilliyi olan qadınların dövlət xidmətlərinə çıxışı ilə bağlı təlimatlandırıcı videoçarxin və yol xəritəsinin hazırlanması, televiziyalardakı sosial verilişlərdə problemin işıqlandırılması və sair bu kimi məsələlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Layihə çərçivəsində cəmiyyətin fəaliyyətini daim diqqətdə saxlayan və yayımının təşkilində mühüm rol oynayan “Bu gün TV Media Qurumu”nun rəhbəri Elnarə Dərziyevaya təşəkkür edən M. Qaramanlı, son bir il ərzində onlara dəstək göstərən media mənsublarına da minnətdarlığını bildirib. 


Sonda əlilliyi olan qadınların problemlərini 1 saatlıq canlı yayıma çıxaran Space Tv-nin rəhbərliyinə, xüsusilə də “Gəl, danış” verilişinin yaradıcı kollektivinə təşəkkür edən birlik sədri, aparıcı Amil Xəlili sosial məsələlərin işıqlandırılmasında göstərdiyi dəstəyə görə, təltifnamə ilə dəyərləndirib.

Müxbir: İntizar Əmirova



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ