SON DƏQİQƏ

Sumqayıtda əmək yarmarkası keçirilib-FOTO

Tarix:18-07-2024, 10:39

Sumqayıt şəhərində işsiz və işaxtaranlar üçün əmək yarmarkası keçirilib.                     


XeberTıme.az xəbər verir ki, 17 iyul 2024-ci il tarixində “Kimyaçı” Mədəniyyət Sarayında səhər saat 11-dən Əmək yarmarkası fəaliyyətə başlayıb və  13:00-a qədər davam edib.  
İşsiz və işaxtaran vətəndaşlara həmin müəssisələr tərəfindən 240-dan çox iş vakant yeri təqdim edilib. Bunlardan  peşə, ixtisas tələb olunan sahələr üzrədir. Ümumi vakansiyalar üzrə  operator, fəhlə, sürücü, satıcı, toxucu, elektrik, çilingər və digər iş yerləri mövcuddur. Həmçinin ali təhsil tələb edən boş yerlərdən mühasib, mütəxəssisi, menecer, interyer dizayneri və sair vakansiyalar iş axtaranlara təqdim olunub. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslərin peşə hazırlığına, ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.   

Yarmarkaya gələn namizədlər şəxsiyyət vəsiqələrini və CV-lərini təqdim edərək vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında ətraflı məlumat alaraq, maraqlandıqları təkliflə tanış oludular. Seçim edənlərlə göndəriş verilib.                   
Qeyd edək ki, əmək yarmarkasında İqtisadi Zonaların İnkişafı Agentliyi Peşə Təhsil Mərkəzinin tələbə və müəllimləridə iştirak etdilər. Burada təhsil alan tələbələri vakant iş yerləri ilə tanış edərək ətraflı məlumatlar verdilər. 

Yeganə Telmanqızı                                   
XeberTıme.az 



 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ