SON DƏQİQƏ

Şəhid Əmirli Əmirşah- “Biz yazılanlarla yaşayırıq.”

Tarix:19-08-2021, 02:03

Müharibə balşayandan ön sıralarda olan Əmirşah bir an belə geri çəkilmədi.                                                              
Binəqədi rayonunda yaşayan Əmirovlar ailəsini ziyarət etdim. Bütün şəhid ailələri kimi sadə, zəhmətkeş, səmimi bir ailə. Valdeynləri ilk övladları olan Əmirşahdan qürurla danışdılar. Onunla bağlı xatirələr xatırlandı.                          

Şəhidimizi tanıyaq! 
                                                                                           
 Əmirşah Səttar oğlu Əmirli 2002-ci il martın 8-də Bakı şəhəri Binəqədi rayonunda dünyaya gəlmişdir. 2009-cı ildə Binəqədi rayonu 28 may qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbin birinci sinifinə qədəm qoyur. Orta məktəbdə təhsil aldığı illərdə əmək fəaliyyəti ilə məşğul olaraq ailəyə maddi dəstək olur. Əmirşah evin böyük övladı idi və hər zamanda özündə bu böyüklüyü qoruyub saxlayırdı. Bir il yarım dini məktəbdə təhsil alır. Ən böyük arzusu islamşünas olmaq idi. Təhsil illərində həm də ailənin maddi durumu zəif olduğu üçün  anası Gülnar xanımla pamidor parnikində işləyir və bərbər sənətini mükəmməl öyrənərək bərbər kimi də çalışır.         

2020-ci ilin may ayında həqiqi hərbi xidmətə yola düşür. İlk hərbi xidmətini Goranboy rayonu N saylı hərbi hissədə başlayır. 5 ayın əsgəri olan Əmirli Əmirşah 27sentyabr 2020-ci ildə başlanan Vətən Mühatribəsinə ezam olunur və könüllü olaraq könüllü döyüşə qatılan döyüşçülərlə birgə döyüş yolu keçir. O, Suqovuşan, Talış kənd uğrunda  gedən döyüşlərdə fədakarlıqla vuruşur. Döyüşlərin birində Əmirşah yaralanır, iki gün hərbi hospitalda yatır və öz ərizəsi ilə dönür cəbhəyə...                                                                          
2020-ci il 27 oktyabr... Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə döş qəfəsindən yaralanaraq şəhidlik zirvəsinə ucalır. Əmirşah Əmirli Qaradağ rayonunda Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır. Şəhidin üstünə bürünmüş üç rəngli bayraq atası Səttar Əmirova təqdim olunur.                                                           
Ali Baş Komandan İlham Əliyev döyüş tapşırıqlarını və əsgər vəzifəsini layiqincə yerinə yetirən əsgər Əmirli Əmirşah Səttar oğlunu ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşan azad olunmasına görə” medalları ilə təltif etmişdir.                                            
Təhsil aldığı Binəqədi rayonu 28 may qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbin ikinci sinifinə onun adı verilmişdir.                                                       

Azərbaycan qadını öz qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Gülnar  Əmirova ilə həmsöhbət oldum:                                             

- Əmirşah çox zəhmətkeş uşaq idi, hələ uşaqlıqdan işləyərək evə qazanc gətirirdi, valdeynlərinin, bacı, qardaşının qayğısına qalırdı. Heç bir gün incimədim ondan, dini-imanlı oğlan idi. Yaşından tez böyüdü. Həyatda hər şeyi sevirdi, onun ürəyinə dammışdır ki çox tez dünyasını dəyişəcək, ölümü belə bizə sevdirirdi. Hər zaman deyirdi: “Biz yazılanlarla yaşayırıq.”    
Cəbhədə  vuruşarkən tez-tez bizimlə danışırdı. Hər zamanda  eyni sözü dedi: “İnşallah nəsib olsun gəlsəm müharibədə necə döyüşməyimi, müharibənin gedişini sizə danışacam.” Balamın arzusu çox idi, o bütün arzularını ən ali məqam olan şəhadəti ilə əvəz etdi.   

Vüqarlı şəhid atası Əmirov Səttar- Övladım həmişə üzümü ağ elədi. 

 - Əmirşah hələ uşaq ikən artıq müdrikləşmişdir. əmək fəaliyyəti məşğul olaraq bizimlə bərabər ailə qayğılarını çəkirdi. Arzusu din xadimi olmaq idi, Allahın yolunu tutaraq, namaz qılırdı, oruc tuturdu. Mən bu gün şəhid atası kimi qürurluyam, övladım 18 il yaşadı, zəhmətkeş, qocaq yaşıdlarından  çox fərqləndi, hətdda ölümü bizə şərəf gətirdi. həmişə üzümü ağ elədi. Şərəfli bir yolda şəhidlik zirvəsinə ucalaraq adını tarixə yazdırdı. Vətən sağ olsun! Şükürlər olsun şəhidlərimizin qanı yerdə qalmadı. İllərdi həsrətində olduğumuz Qarabağımıza qovuşduq.                        
Ailənin həm yaxın qohumu, həm də daima qayğısını şəhid və qazilərdən əsirgəmiyən iş adamı Cabir Bağırov sayıtımızla  bölüşdü:                                                                     

- Əmirşah mənim gözümün qarşısında böyüyən bir oğlan oldu. O hər zaman yaşıdlarından seçildi. Valdeynləri ilə bərabər ailənin qayğısını çəkdi, zəhmətsevər bir uşaq idi. Vətən üçün canını fəda edən Əmirşah Əmirli kimi igid Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!

Nur içində yatasan Vətən oğlu!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 Yeganə Telmanqızı 
 “XeberTıme.az”






                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ