SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi Kərim Əhmədəliyevin xatirəsi ehtiramla anıldı+ FOTOLAR

Tarix:10-10-2021, 01:05

Şəhid Kərim Əhmədəliyev şagird ikən dediyi sözlər-“Borcumuzdur Vətəni Qorumaq!" 
09.10.2021-ci il tarixində şəhidin təhsil aldığı Sumqayıt şəhər 5 saylı tam orta məktəbdə onun adını daşıyan 3 A sinifi möhtəşəm tədbir keçirtdi.                                     
Tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan edildi, sonra bir dəqiqəlik sükütla torpaqlarımızın azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlər bir dəqiqəlik sükütla yad edildi.  Tədbirdə məktəbin 3 A sinifnin şagirdləri səhnədə şəhidlərə, vətənə, bayrağa aid seirlərlə, səhnəciklərlə bir-birindən maraqlı çıxışlar etdilər. Müğənni-bəstəkar Arif Səlimovun ifasında şəhidə həsr olunan “Mənim Kərimim” mahnı səsləndirildi və şəhidin orta məktəbdə təhsil aldığı illərində olan çıxışlarından fraqmentlər göstərildi. Ən maraqlı fraqment Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məktubunu oxuyaraq “Borcumuzdur Vətəni Qorumaq” deməsi idi. Bəli bu gün Mübariz İbrahimov, Polad Həşimov, Şükür Həmidov, İlqar Mirzəyev davamçısı oldu Kərim Əhmədəliyev.                                                   
Bədii hissədən sonra məktəbin direktoru Bəşir Şəfiyev şəhid ailəsini, Qarabağ qazilərini, qonaqları, media işçilərini, müəllimləri, şagirdləri salamlayaraq mütamadə olaraq bu cür tədbirlərin keçirilməsindən danışdı. Natiq Vətən uğurunda şəhid olmuş şəhidlərimizin və qazilərimizin keçdiyi uğurlu döyüş yolundan bəhs edən tədbir və layihələrin davamlı olaraq məktəblərdə keçirilməsi ilə yanaşı daima şagirdlər arasında vətənpərvərlik ruhunda təbliğatın aparılmasının vacibliyindən söz açdı. 30 ildə işğal olunan ərazilər Ali Baş Komandan cənab İlham Əliyevin və güclü ordumuzun sayəsində 44 günə azad olundu. Bütün dünyaya dəmir yumuruğun gücünü sübut edərək “Qarabağ Azərbaycandır” dedik! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. 

         
Qarabağ qaziləri: İkiqat Dünya çempionu, yeddiqat Avropa çempionu, “Şöhrət” ordenli, 2 dəfə “Tərəqqi” medalla mükafatlanan, Azərbaycanın fəxri İlham Zəkiyev, Azim Nuruyev, Məhəmməd Əliyev, Nəbi Kərimzadə, Məhəmməd Cəfərzadə, Ariz Hüseynov, Anar Şəfiyev, məktəbin ibtidai sinif müəlliməsi Xatirə Fərmanova  Sumqayıt şəhər 5 saylı tam orta məktəbin direktoru Bəşir Şəfiyev tərəfindən “Vətən Fədaisi” təltifi ilə, məktəbin ibtidai sinif müəlliməsi Xatirə Fərmanova, AJB-nin üzvü Yeganə Telmanqızı “Tətifnamə” ilə təltif olundular.
Tədbirin təşkilatçısı, 3A sinifinin rəhbəri Xatirə Fərmanova, (istefada olan baş leytenant), Sumqayıt şəhər icra hakimiyyətinin şəhid ailələri və vətən müharibəsi işinin təşkili şöbəsinin baş məsləhətçisi Zaur Süleymanlı, “XeberTıme.az”  informasiya portalının rəhbəri Yeganə Telmanqızı çıxışlar etdilər.  



                                                                     
Şəhidin ibtidai sinif müəlliməsi Tərifə Seyidova və bialogiya müəlliməsi Rəfiqə Abbasova, Xatirə Fərmanova şəhid haqqında xoş xatırələrdən söhbət açdılar və şəhadətə ucalandan sonra Kərim Əhmədəliyevə yazdıqları məktublar oxundu.

 
Şəhidin anası Tamilla Əhmədəliyeva oğlunun əziz xatirəsinə həsr olunmuş tədbirə görə hər kəsə ailəsi adından öz təşəkkürünü bildirdi. Xatirə müəllimə şəhidin anası Tamilla xanıma qələbə simvolumuz olan “Xarı Bülbül” döş nişanı hədiyyə etdi. 

                                                                    
Tədbirdən sonra qonaqlar, şəhidin ailə üzvüləri, məktəbin müəllimləri, şagirdlər Sumqayıt şəhər Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhid Kərim Əhmədəliyin və torpaqlarımızın azad olunmasında hünər göstərən şəhidlərin məzarlarını ziyarət edərək tər çiçəklər qoydular. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. 


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ