SON DƏQİQƏ

Gənc Müəllimlərin II Forumu keçirilir

Tarix:11-06-2022, 18:10

İyunun 11-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən Gənc Müəllimlərin II Forumu başlayıb.
XeberTıme.az  xəbər verir ki, tədris ilinin yekunlarına həsr olunan forum gənc müəllimlərin yumşaq və sərt bacarıqlarının artırılması məqsədilə təşkil edilib.
Forumda çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İdarə Heyətinin sədri Rüfət Əsədzadə bildirib ki, rəhbərlik etdiyi assosiasiyanın əsas məqsədi istedadlı gənc müəllimlərin aşkara çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, bir-birinə dəstək olması, şəbəkələşməsi, həmçinin ölkə səviyyəsində elmi-praktik konfransların keçirilməsidir.
Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edib.
Forumda respublikanın müxtəlif bölgələrindən 300-dək müəllim iştirak edir.

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ