Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sırası genişlənməkdədir.
Paytaxtdakı 279 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəhim Rəhimli Türkiyədə boks idman növü üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub. Məktəbli bu uğuruna görə qızıl medal, diplom və kuboka layiq görülüb.
27 nömrəli tam orta məktəbin VII sinif şagirdi Tamerlan Yaqubov Xorvatiyada keçirilən “Croatia Open” beynəlxalq turnirində taekvondo idman növü üzrə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbəsinə görə məktəbliqızıl medalla mükafatlandırılıb.
“XeberTıme.az”