SON DƏQİQƏ

Elm və Təhsil Nazirliyi MƏLUMAT YAYDI - Avqustun 5-dən ...

Tarix:3-08-2022, 11:43

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.
XeberTıme.az  bildirir ki, Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.
Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.
XXX
2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ