SON DƏQİQƏ

Ali məktəblərə ixtisas seçiminin müddəti uzadılıb

Tarix:29-08-2022, 01:47

Ali təhsil müəssisələrinə ixtisas seçiminin müddəti uzadılıb.
XeberTıme.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ixtisas seçiminin müddəti 29 avqust saat 9:00-da başa çatacaq.
Bu gün saat 19:30-a olan məlumata görə, 65994 abituriyent ixtisas seçib.
I qrup üzrə 22212, II qrup üzrə 14457, III qrup üzrə 17520, IV qrup üzrə 5152, V qrup üzrə isə 10427 nəfər ixtisas seçimi edib.
Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı idi.
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçimi başlayacaq.


“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ