SON DƏQİQƏ

Azərbaycanda orta məktəblərdə şagirdlərə telefon qadağan olundu

Tarix:8-05-2023, 09:56

Azərbaycanda son zamanlar orta məktəblərdə şagirdlər və eləcə də müəllimlərin iştirakı ilə yayılan videolar cəmiyyət tərəfindən birmənalı qəbul olunmurdu, ictimai müzakirəyə çıxarılırdı və təhsil sistemi, nazirlik, orta məktəblərin rəhbərliyi, müəllimlər tənqid hədəfinə çevrilirdi.

XeberTıme.az bildirir ki,  Elm və Təhsil Nazirliyi tərəfindən bütün məktəblərin rəhbərliklərinə göstəriş verilib ki, şagirdlərin sensorlu telefonlarla məktəblərə gəlmələri qadağan olunsun. 
Göstərişlə bağlı bütün məktəblərdə sinif rəhbərlərinin iştirakı ilə iclaslar keçirilib. Valideynlərə bildirilib ki, şagirdlərə məktəbə sensorlu telefonla gəlmək olmaz. Həmçinin, xəbərdarlıq edilib ki, məktəblərin giriş qapılarında şagirdlər yoxlanılacaq və kimdə telefon aşkarlansa, əlindən alınacaq. Müəllimlərin "WhatsApp" qruplarında da bu barədə xəbərdarlıq edilib. Sinif rəhbərləri valideynləri bir daha xəbərdar ediblər ki, məktəblərin girişində telefonların olub olmamasını yoxlamaq üçün mühafizəçilər olacaq, telefon aşkarlanarsa götürüləcək. 
Qeyd edək ki, qərar yalnız yeni nəsil sensorlu telefonlara aid edilir. Köhnə nəsil, sensoru olmayan yəni android sistemini dəstəkləməyən telefonların şagirdlər tərəfindən istifadəsinə icazə verilib. 

 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ