SON DƏQİQƏ

Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 saylı tam orta məktəbdə son zəng kecirildi – FOTOLAR

Tarix:15-06-2023, 00:29

Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 saylı tam orta məktəbdə son zəng möhtəşəm şəkildə qeyd olundu.
Tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan edildi, sonra bir dəqiqəlik sükütla torpaqlarımızın azad olunmasında, qalibiyyət tariximizin şanlı səhifəsini yazaraq şəhidlik zirvəsinə ucalan şəhidlərin əziz xatirəsi yad olundu.                              
Məktəbin məzun şagirdləri aparıcısı olduqları tədbiri açıq elan etdilər.                            

- Cənab prezident İlham Əliyevin sərancamı ilə 2023-ci il Heydər Əliyev ili çərçivəsində  Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 saylı tam orta məktəb bu il öz uğur və nəticələrinə görə Respublikada ön məktəblər sırasındadır. Həmişə ki, kimi məktəbin buraxılış sinif şagirdlərinin ali məktəblərə qəbul imtahanı verərək yüksək nəticə əldə ediblər. Məktəb 2022-2023-ci il tədris ilində keçirilən fənn olimpiadalarında da fərqləniblər. Məktəbimizin rəhbərliyi və pedoqoji kollektivi daima şagirdlərin yüksək təlim və təhsilində müstəsna xidmətləri ilə, valdeyn qayğısı ilə seçiliblər. Biz şagirdlər siz müəllimlərə sonsuz təşəkkür edirik.                                   
Məktəbin direktoru Fəridə Cəlilova qonaqları salamladı məzunları təbrik etdi, dərs ilinə uğurla yekun vurulduğundan danışdı. Tədbirin fəxrli qonaları məktəbin məzun şagirdlərindən Zaur Süleymanlı, Vətən müharibəsi şəhidi baş leytenant Elvin Zakirovun ömür-gün yoldaşı Samirə xanım, Vətən müharibəsi qazisi Ədalət Məmmədov, AJB-nin üzvü Yeganə Telmanqızı məktəb şagirdlərini salamladılar. Məzunları, müəllimləri və valdeynləri təbrik etdilər, gələcək həyatlarında onlara sağlamlıq, bol-bol uğurlar məktəbin kollektivini təbrik edərək onların hər birinə gələcək yollarında uğurlar, xoşbəxt günlər arzuladılar. Məzunların sinif rəhbərləri, onlara qələm tutmağı yazmağı, oxumağı öyrədən ibtidai sinif  müəllimləri, valdeynlər məzunları təbrik etdilər.                              
Məktəbin şagirdləri Azərbaycana, Vətənə, müəllimə, son zəngə aid bir sıra mahnılar oxudular. Birincilər,  onbirincilər bir-birindən rəngarəng, maraqlı rəqslər ifa etdilər. Tədbirin müğənni və ifaşı qonaqları öz ifaları ilə məzunları təbrik etdilər.                               
Qəbul imtahanlarından yüksək nəticə göstərən məzunlar simvolik olaraq “Bilik Açarını” birincilərə  tədqim etdilər.       
Birincilər onbirincilərin çiyinlərində son zəngi vurdular. Xoş melodiyalar altında  son zəng səslənərək ətrafı bürüdü. Daha bir ilin son zəngi səslənir. Tədbir musiqi proqramı ilə davam etdi.
Sonda məktəbin direktoru Fəridə Cəlilova tərəfindən il ərzində uğur qazanan nümunəvi müəllimlərə Fəxri Fərman təqdim olundu.                             

Xatırladaq ki, bu il 63 şagird məktəbi bitirir.  
Bütün məzunlara gələcək həyatlarında uğurlar arzulayırıq. İndi sizə çalınan “Son zəng”iniz qarşıdan gələn illərinizin ilk zəngi olsun əziz məzunlar.   
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ