SON DƏQİQƏ

Təhsilimizə ağır itki üz vermişdir

Tarix:11-07-2023, 08:39

Dilrubə İsmayıl qızı Məmmədova 2023-ci il iyul ayının 8-də 83 yaşında vəfat etmişdir.

Dilrubə Məmmədova 1940-cı ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuşdur. 1965-ci ildə Şuşa pedaqoji məktəbini bitirmişdir. Şıxlar kənd orta məktəbində ibtidai sinifdən dərs demişdir. Ailə həyatı qurduqdan sonra Sumqayıt şəhərində yaşamış, Sumqayıt şəhər Cəlil Cəfərov adına 10 nömrəli məkəbin ibtidai sinif müəllimi işləmişdir, təqaütcü idi. Dilrubə müəllimə tanınmış maarif xadimi Behbud Mustafayevin gəlni idi.  3 qızı, 8 nəvəsi, 5 nəticəsi var. 
Qabaqcıl maarif xadimi Məmmədova Dilrubə İsmayıl qızı Məmmədovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. 
P.S. Mərhum dayım Məzahir Mustafayevin ömür-gün yoldaşı Dilrubə xanım hörmətli müəllimə gözəl insan, sədaqətli həyat yoldaşı, qayğıkeş ana, sevilən nənə uzun illər Sumqayıt şəhər Cəlil Cəfərov adına 10 nömrəli məkəbdə ibtitai sinifdə dərs demiş minlərlə şagirdin yetişməsində əvəzsiz xidmətləri olmuşdur. Bizdə Dilrubə müəllimənin qızları Sevinc xanıma, Leyla xanıma, Könül xanıma, doğmalarına və yaxınlarına dərin hüzünlə baş sağlığı verərək uca Allahdan rəhmət diləyirik.  

 
Allah rəhmət eləsin!
 
Orxan Zakiroğlu (Baharlı)
Yeganə Telmanqızı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ