SON DƏQİQƏ

"Uğurun sirri nədədir? adlı təlim keçirildi

Tarix:8-08-2023, 12:15

5 avqust 2023-cü ildə "Sübhnur" Tədris Mərkəzində "Uğurun sirri nədədir?" adlı təlim keçirilib.
Təlimdə xoşbəxtlik üzrə təlimçi Nadir Cəfərzadə və fəxri qonaqlar "Çıxış Yolu" sosial  televiziya proqramının redaktoru, AJB-nin üzvü, bir neçə media mükafatçısı Yeganə Telmanqızı, Şəhid qəhrəmanlarımızdan , Azərbaycan Milli Qəhrəmanlarından bəhs edən Şükür Həmidovun ( Vətən Sənə Oğul dedi) , eləcə də polkovnik leytenant Atəm Əliyevin ( Murov Qartalı) ,  və polkovnik leytenant Mehman Şirvanovun (Ölməz Qəhrəman) kitablarının müəllifi, "Peşə təhsili və insan kapitalı" jurnalının şöbə redaktoru, yazıçı-publisist Pərvanə Mehmanqızı, üç dildə (Azərbaycan, ingilis və rus)  dərc edilən "Zəfər Yolu" kitabının həmmüəllifi, aparıcı, jurnalist, “XeberTıme.az” informasiya portalının redaktoru  Vüqar Şahinoğlu iştirak edib.

Onlar gənclərlə söhbətlər edərək təcrübələrini bölüşüblər.  Təlim gənclərlə qarşılıqlı interaktiv suallar əsasında davam edib. Uğur qazanmağın 15 qaydası barəsində məlumat verilib.

Həmçinin STM-in rəhbəri Gülnarə Hüseynova gənc yazar, qiraətçi, müxtəlif şeir və hekayə müsabiqələrinin qalibi Aysu Türkeli yeni yaradılan "Gənc Liderlər" klubunun sədri elan edib.

Təlimin sonunda fəxri qonaqlara, iştirakçılara təşəkkürnamə və sertifikatlar təqdim edilib, xatirə fotoları çəkilib.

Biz də XeberTıme.az  analitik informasiya portalı olaraq Sübhnur Tədris Mərkəzinin fəaliyyətinə uğurlar arzu edirik. Diqqət edib, dəvət etdiyi üçün STM-in rəhbəri Gülnarə xanıma dərin təşəkkürümüzü bildiririk.


Vüqar Şahinoğlu
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ