SON DƏQİQƏ

Sübhnur” Tədris Mərkəzinin təşkil etdiyi “Vətən övladları” layihəsi çərçivəsində bədii qiraət müsabiqəsinin finalı olub- FOTOLAR

Tarix:10-09-2023, 11:51

 “Sübhnur” Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vətən övladları” layihəsi çərçivəsində bədii qiraət müsabiqəsinin final turu olub.
Tədbir Azərbaycan Vətən Mübaribəsi Veteranları Təşkilatının Səbail rayon şöbəsində “Libra” Kitab Evinin təşkilatçılığı ilə baş tutub. Bu barədə mərkəzin sədri Gülnarə Hüseynova məlumat verib.

Tədbiri açıq elan edən lahiyə rəhbəri GLK -nun sədri Aysu Türkel  qonaqları salamladıqdan sonra  müsabiqə iştirakçılarına söz verib.

Münsiflər heyəti Əməkdar artist Qasım Nağı və Slavyan Dövlət Universitetinin dosenti Mübariz Əhmədov olan müsabiqə 2 kateqoriya üzrə keçirilib. Birinci kateqoriya 5-13 yaş, ikinci kateqoriya isə 14-18 yaş aralığında təşkil olunub.

Bir-birindən maraqlı vətənpərvər mövzulu şeirlər dinlənilib. Aysu Türkel müəllifi olduğu “Vətənim” adlı şeirini, Amin Əsgərli isə “Azərbaycan” mahnısını ifa edib.

Müsabiqə ilə bağlı Əməkdar artist Q.Nağı, SDU-nun dosenti M.Əhmədov, şair Ö.Eltac, “Libra” Kitab Evinin icraçı direktoru N.Əliyev, Sübhnur Tədris Mərkəzinin direktoru G.Hüseynova çıxış edib, təəssüratlarını bölüşüblər. 

Sonda müsabiqənin qalibləri elan olunub. Onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Birinci kateqoriya üzrə I yerin qalibləri Fidan Əliyeva, Gülnur Əhmədzadə, II yerin qalibləri Aylin Ağazadə, Fatimə Baxşıyeva, III yerin qalibi Mələk İbrahimli, Elfanə Məmmədova, ikinci kateqoriya üzrə I yerin qalibi Amin Əsgərli, II yerin qalibi isə Ləman Tağızadə olub.

Sonda tədbir iştirakçılarına minnətdarlığını bildirən “Sübhnur” Tədris Mərkəzinin direktoru Gülnarə Hüseynova təşkilati dəstəyə görə, “Libra” Kitab Evinə və Azərbaycan Vətən Müharibəsi Veteranlar Təşkilatının Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadəyə, xüsusilə də, Rasim Mirzəyevə təşəkkürünü bildirib. 



 XeberTıme.az 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ