SON DƏQİQƏ

Sumqayıt şəhər Zülfü Hacıyev adın 17 saylı tam orta məktəbdə Bilik Günü qeyd olundu- FOTOLAR

Tarix:15-09-2023, 15:46

Təhsil millətin gələcəyidir. (Heydər Əliyev) 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2023 - cü ili “Heydər Əliyev ili” elan etməsi ilə əlaqədar respublikamızda genişmiqyaslı tədbirlər davam edir.  Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 saylı tam orta məktəbdə keçirilən 15 sentyabr- Bilik Günü Heydər Əliyev ilinə həsr olunub. Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə açıq elan olundu. Məktəbin direktoru Rəna Rufullayeva şagirdləri, valdeynləri, pedoqoji kollektivi və qonaqları salamladı. Bilik günü münasibəti ilə hər kəsi ürəkdən təbrik edib, şagirdlərə 2023-2024-cü tədris ili münasibəti ilə bol-bol uğurlar, məhsuldar il olmağı arzuladı.                                                  
Məktəbin fəxrli qonaqları Abşeron-Xızı Regional təhsil idarəsinin metodisti Esmira İbrahimova, 8 saylı ərazi Ağsaqqallar Şurasının sədri Sirac Əliyev və XeberTıme.az Analitik İnformasiya Portalının direktoru, jurnalist Yeganə Telmanqızı  tədbir iştirakçılarını Bilik Günü münasibəti ilə təbrik etdilər, öz arzularını bildirərək, şagirdlərə müəllimlərə müvəffəqiyyətlər dilədilər. Yeganə Telmanqızı XeberTıme.az Analitik İnformasiya Portalı tərəfindən məktəbin direktoru Rəna Rufullayevaya şagirdlərə valdeyinlərə göstərdiyi diqqət və qayğıya görə Fəxri Fərmanla təltif etdi. 
Sonra onbirincilərin ciynində birincilər məktəbin ilk zəngini çaldılar.  

                          
Məktəbə dəvət olunan qonaqlar ilə çay masası arxasında xoş söhbətlər davam etdirildi.  

                                                          
Xatırladaq ki, Sumqayıt şəhər Zülfü Hacıyev adın 17 saylı tam orta məktəb 2022-2023-ci il tədris ilində 57 məzun məktəbi bitirib onlardan 37 məzun  Azərbaycanda müxtəlif ali ocaqlara qəbul olaraq tələbə adını qazanıb, 2 məzun yüksək balla xarici dövlətlərin nüfuzlu unverstetlərinə qəbul olub. 6 məzun 500-dən yuxarı, 2 məzun 600-dən yuxarı bal yığıb. 11 a sinif şagirdi Gülnarə Şəfiyeva-615 bal, 11 b sinif şagirdi Nəbizadə Aidə- 605 bal yığmışdır. Məktəbin şagirdləri ötən il bir sıra fənn müsabiqələrində, olimpiada müsabiqələrində iştirak etmişdir. Hal-hazırda məktəbdə 834 şagirdin təlim-tərbiyyəsi ilə 51 nəfər pedoqoji kollektiv məşğul olur. 51 uşaq məktəbə qədər hazırlıq qrupunda oxuyacaq. 




Bizdə XeberTıme.az Analitik İnformasiya Portalı olaraq bütün komandamız adından  Sumqayıt şəhər Zülfü Hacıyev adın 17 saylı tam orta məktəbin direktoru Rəna Rufullayeva başda olmaqla yeni tədris ilində bütün pedoqoji kollektivə və şagirdlərə böyük uğurlar arzu edirik.  


Yeni tədris iliniz mübarək! 



Yeganə Telmanqızı 
 XeberTıme.az 



      

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ