Şəhid Fövzi Həmidov adına Qəbələ rayon Bunud kənd tam orta məktəbin müəllimi Rəşid Hüseynov təhsil işçilərinin peşə bayramını təbrik edib.
Müəllimlik çox şərəfli sənətdir. Lakin şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Müəllim şagirdlərin mənəvi dünyasını görməli və ona fərdi yanaşma üsullarını bilməlidir. Düşünürəm ki, o zaman biz müəyyənləşdirilmiş layihələr üzrə lazımi nəticələrə nail ola bilərik. Odur ki, hamını ikiqat qüvvə ilə işləməyə çağırır və fürsətdən istifadə edərək şəhid Fövzi Həmidov adına Qəbələ rayon Bunud kənd tam orta məktəbin direktoru Vəli Vəliyev başda olmaqla bütün pedoqoji kollektivini və Azərbaycan müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edir, yaradıcılıq uğurları arzulayıram.
Başda Tahir müəllim olmaqla Qəbələ Abituriyent Repetitor Birliyi (ARB) komandasını da təbrik edirəm. Bu il həm də kursumuzun 10 illiyidir. Bu yolda hər kəsə bol-bol uğurlar arzulayıram.
Hörmətlə:
Rəşid Hüseynov