SON DƏQİQƏ

Qalib Lider İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib- FOTO

Tarix:17-10-2023, 20:49

Sumqayıt şəhər 24 saylı tam orta məktəbdə Qalib Lider İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr olunnuş 10 C sinifinin şagirdləri ilə dəyirmi masa keçirilib.                                       
Məktəbin direktoru, tarix müəllimi Nəsibə  Cabbarova Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm prezident  cənab İlham Əliyevin 20 il ərzində gördüyü işlərdən söhbət açdı. 

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Bu gün Azərbaycan həm də vətəndaş cəmiyyətinin güclü olduğu ölkədir. 

                                                               
2003-cü il, 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərində məndə secki dairəsinin nümayəndəsi idim, buradakı nəticələr bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezident İlham Əliyevdir.                                                  
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi ata vəsiyyətini yerinə yetirərək 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan cəmiyyətinin ən ağrılı yarası olan münaqişəni geridə qoydu, hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi.  


 
2023-cü ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Biz, qalib ölkənin qalib vətəndaşları, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri kimi Sizinlə fəxr edirik, cənab Prezident!"  

  
Dəyirmi masada XeberTıme.az Analitik İnformasiya Portalının direktoru, AJB-nin üzvü, telejurnalist Yeganə Telmanqızı da iştirak edirdi.

                                                               
Sonda xatirə fotolar çəkildi. 
 
Yeganə Telmanqızı 
 XeberTıme.az
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ