SON DƏQİQƏ

“Ədalətin Təntənəsi” adlı möhtəşəm tədbir keçirilib- FOTOLAR

Tarix:7-11-2023, 21:54

44 gündə qazanılan Zəfərin 3-cü ildönümü ərəfəsində respublikamızda bir sıra silsilə  tədbirlər keçirilir. Bu gün Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbdə şagirdlərin ifasında “Ədalətin Təntənəsi” adlı möhtəşəm tədbir keçirildi.    Əvvəlcə məktəbin akt zalına şagirdlər tərəfindən qürurverici Azərbaycanın bayrağı gətirildi. Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə açıq elan edildi, ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi. Tədbirin aparıcıları 30 illik qəhrəmanlıq tariximizdən, bu tarixi yazan qəhrəmanlarımızdan danışdılar. Məktəbin şagirdləri Azərbaycana, vətənə, şəhidlərə, torpağa aid şeirlər söylədilər, mahnılar oxudular, fidan balalar rəqslərlə və  bir-birindən gözəl vətənpərvərlik mövzunda kompazisiyallarla çıxış etdilər. Tədbirdə məktəbin məzun şəhid şagirdlərin anaları şəhid Elvin İsmayılovun anası Sevil xanım, şəhid Elton Əliyevin anası Rima xanım,  şəhid Əmrah Rüstəmlinin anası Heyran xanım, media nümayəndəsi AJB-nin üzvü Yeganə Telmanqızı və bir sıra rəsmi nümayəndələr iştirak edirdilər.                                                      
Fotolara görə Amil Zeynallıya öz təşəkkürümüzü bildiririk.    
 

Zəfərin mübarək Azərbaycan!
 
Yeganə Telmanqızı 
 
XeberTıme.az 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ