SON DƏQİQƏ

AĞDAM MƏKTƏBİNDƏ ZƏFƏR GÜNÜ QEYD OLUNDU- FOTOLAR

Tarix:9-11-2023, 02:07

6 noyabr 2023-cü ildə  Ağdam rayonu 71 nömrəli tam orta məktəbdə Zəfər günü münasibəti ilə "Zəfərimiz - şanlı tariximiz!" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru , ehtiyatda olan zabit Vasif Eyvazov açaraq, 44 günlük müharibədə canlarından keçən igidlərimizin qəhrəmanlıqlarından, Ali baş komandanın uğurlu siyasəti və ordumuzun gücündən, dönməzliyindən danışdı. Tədris işləri üzrə direktor müavini Konul Aliyeva və təşkilatçı Gülnarə Tağıyeva da çıxış edərək ordumuzun keçdiyi şanlı döyüş yolu haqqında məlumat verdilər.Tədbirə Vətən müharibəsi iştirakçıları - qaziləri Sərxan Əliyev,  Seyfulla Niftalıyev, Vətən müharibəsi veteranı Ramiz Yusubov da dəvət olunmuşdular. Onlar da öz növbələrində çıxış edərək 44 gün davam edən müharibədə üzləşdikləri çətin anlardan, qızğın döyüşlərdən söz açaraq xatirələrində olanları tədbir iştirakçıları ilə fəxrlə bölüşdülər. 
Daha sonra çıxış üçün söz  "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri Aygün Zamanlıya verildi. Tədbirdə həmçinin  Azərbayan Jurnalistlər Birliyinin üzvü, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ictimai müxbiri, gənc şair-publisist Sevindik Nəsiboğlu da iştirak edirdi. Gənc şair çıxış edərək  müəllifi olduğu şeirini söylədi,  nəşr olunmuş kitablarından məktəbə hədiyyə olaraq bağışladı.  
Tədbirin bədii hissəsi Ağdam rayonu 71 nömrəli tam orta məktəbin şagirdlərinin çıxışları  və  "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin istedadlı üzvləri - Bəliyarlı Ayxan, İsgəndərov Amil, Məmmədov Nahid, Mövliyev Mirzəcanın ifalarında musiqi nömrələri ilə davam etdi.
Sonda tədbir iştirakçıları məktəbin rəhbərliyi tərəfindən təşəkkürnamə və fəxri fərmanla təltif olundular.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ