SON DƏQİQƏ

ZİRVƏNİ FƏTH ET!

Tarix:13-12-2023, 00:32

Zirvəni fəth et!
Azərbaycan Respublikası Təhsil Cəmiyyəti məktəblilər üçün unikal Eagles  olimpiada layihəsinə start verir. Eagles Olimpiadasında Azərbaycan Respublikasında yerləşən ümumtəhsil məktəblərinin Azərbaycan və Rus bölməsində təhsil alan 2-11-ci sinif şagirdləri iştirak edə bilər. 

Məktəblilərin olimpiadada göstərdiyi nəticələrinə əsasən 
1.    ölkə üzrə, 
2.    təhsil aldığı məktəbin yerləşdiyi şəhər və ya rayon üzrə, 
3.    təhsil aldığı məktəb üzrə 
reytinq cədvəli hazırlanacaqdır. Həmçinin şagirdlərin nəticələrinə əsasən məktəblərin özlərinin də ölkə və şəhər/rayon üzrə ümumi reytinq cədvəli tərtib olunacaqdır.

Bu reytinqlər ilə yanaşı Eagles Olimpiadasında uğur qazanan şagirdlər olimpiadanın rəmzi kuboku, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. 
Bu qiymətli hədiyyələr hansılardır?

●    2-3-4-cü sinif şagirdləri Planşet, Velosiped, Qulaqlıq və s.
●    5-6-7-ci sinif şagirdləri Smartfon, Planşet, Qulaqlıq, Ağıllı saat və s.
●    8-9-10-cu sinif şagirdləri xaricdə ingilis dili üzrə yay məktəbində iştirak
●    11-ci sinif şagirdləri xaricdə pulsuz təhsil, təhsil təqaüdü

Eagles Olimpiadasında iştirak etmək istəyən şagirdlər www.eagles.az saytında qeydiyyatdan keçərək imtahan formatına uyğun nümunə suallarla tanış ola bilərlər.
İki mərhələdən ibarət olan olimpiadanın birinci mərhələsi 27-28 Yanvar 2024-cü il tarixlərində keçiriləcəkdir.

Bu hələ son deyil. Eagles Olimpiadası müəllimləri də unutmur. Müəllimlər www.eagles.az saytında müəllim olaraq qeydiyyatdan keçib xüsusi kod əldə edəcəklər. Bu kod ilə qeydiyyatdan keçən hər bir şagirdinə görə müəllim bonus qazanacaq və bu bonusları qiymətli hədiyyələrə dəyişə biləcək.

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin Eagles Olimpiadasında qeydiyyatdan keçməyə tələsin! Öz biliyini sına və qalib ol! 

Ətraflı məılumat üçün: https://wa.me/994702555003 və www.eagles.az


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ