SON DƏQİQƏ

Respublika Bilik Müsabiqəsi

Tarix:13-01-2024, 20:54

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti bütün məktəbliləri unikal “Eagles olimpiada” Respublika Bilik Müsabiqəsində iştiraka dəvət edir. Eagles Olimpiadasında Azərbaycan Respublikasında yerləşən ümumtəhsil məktəblərinin Azərbaycan və Rus bölməsində təhsil alan 2-11-ci sinif şagirdləri iştirak edə bilər. 
Məktəblilərin olimpiadada göstərdiyi nəticələrinə əsasən 

1.    ölkə üzrə, 
2.    təhsil aldığı məktəbin yerləşdiyi şəhər və ya rayon üzrə, 
3.    təhsil aldığı məktəb üzrə 
reytinq cədvəli hazırlanacaqdır. Həmçinin şagirdlərin nəticələrinə əsasən məktəblərin özlərinin də ölkə və şəhər/rayon üzrə ümumi reytinq cədvəli tərtib olunacaqdır.
Bu reytinqlər ilə yanaşı Eagles Olimpiadasında uğur qazanan şagirdlər olimpiadanın rəmzi kuboku, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. 
Bu qiymətli hədiyyələr hansılardır?
●    2-3-4-cü sinif şagirdləri planşet, velosiped, simsiz qulaqlıq və s.
●    5-6-7-ci sinif şagirdləri smartfon, planşet, simsiz qulaqlıq, ağıllı saat və s.
●    8-9-10-cu sinif şagirdləri xaricdə ingilis dili üzrə yay məktəbində iştirak
●    11-ci sinif şagirdləri xaricdə pulsuz təhsil, təhsil təqaüdü
Eagles Olimpiadasında iştirak etmək istəyən şagirdlər www.eagles.az saytında qeydiyyatdan keçərək imtahan formatına uyğun nümunə suallarla tanış ola bilərlər.
İki mərhələdən ibarət olan olimpiadanın birinci mərhələsi 27-28 Yanvar 2024-cü il tarixlərində keçiriləcəkdir.
Bu hələ son deyil. Eagles Olimpiadası müəllimləri də unutmur. Müəllimlər www.eagles.az saytında müəllim olaraq qeydiyyatdan keçib xüsusi kod əldə edəcəklər. Bu kod ilə qeydiyyatdan keçən şagirdlərin siyahısı müəllimin şəxsi hesabında mövcud olacaq və müəllim həmin şagirdlərin nəticələri ilə tanış ola biləcək. Ayrıca hər bir şagirdinə görə müəllim bonus qazanacaq və bu bonusları qiymətli hədiyyələrə dəyişə biləcək.

Ətraflı məlumat üçün: 994702555003 və www.eagles.az

Hörmətlə, 
Azərbaycan Respublikası Təhsil Cəmiyyəti

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ