SON DƏQİQƏ

Uşaqların yeni il sevinci- FOTO

Tarix:17-01-2024, 23:26

29.01.2023-ci il tarixində Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta məktəbin rus bölməsinin 4 Q sinifində yeni il şənliyi keçirilib. Sinif rəhbəri Əliyeva Mila İslam qızının təşkilatçılığı ilə keçirilən yeni il şənliyində şagirdlər bir-birindən maraqlı kompazisiyalar, səhnəciklər və tamaşalarla çıxış ediblər, şeirlər söyləyib, mahnılar oxuyub. Tədbirdən zövq alan valdeynlər və şagirdlər Əliyeva Mila müəlliməyə çox sağ ol dedilər.   
                      
Sayıtımız vasitəsi ilə Əliyeva  Mila məktəbin direktoru Misirov Qabil Bahadur oğlunu, məktəbin dərs hissə müdirləri  Əliyeva Şəlalə Sahib qızını, İbrahimov Cavid Cabir oğlunu yeni il münasibəti ilə ürəkdən təbrik edib, tədbirin təşkilatlığında yaxından göstərdiyi dəstəyə görə  onlara  öz dərin təşəkkürünü bildirib.  

                              
Xatırladaq ki Əliyeva Mila müəllimə illərini təhsil vermiş hörmətli pedaqoqdur, yetişdirdiyi şagirdlər Azərbaycanda sayılıb seçilən ziyalı peşə sahibləridir.



Yeganə Telmanqızı                                   
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ