SON DƏQİQƏ

Dörd gündə 25 min abituriyent ali məktəb imtahanlarına sənəd VERİB

Tarix:5-03-2024, 00:23

Martın 1-dən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başlayıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, abituriyentlərdən əri­zələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.

Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Bəs indiyə kimi sənəd verənlərin sayı neçə nəfərdi?
 
DİM-dən əldə olunan məlumata görə, martın 4-ü günorta saatlarına kimi qeydiyyatdan keçən abituriyentlərin sayı – 25044 nəfərdir. 

Ali məktəb imtahanlarında iştirak etməs istəyənlərin 21359 nəfəri Azərbaycan bölməsi üzrə, 2801 nəfər rus bölməsi üzrə qeydiyyatdan keçib.

11 illik təhsil bazasında kolleclərə sənəd verənlərin ümumi sayı isə 20310 nəfər (18524 Azərbaycan bölməsi, 1786 rus bölməsi) təşkil edir.


XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ