SON DƏQİQƏ

Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində Ulu Öndərimizə həsr olunmuş dəyirmi masa keçirildi- FOTO

Tarix:10-05-2024, 11:24

8 may 2024-cü ildə Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində Ulu Öndərimizin 101-ci ildönümü münasibəti ilə dəyirmi masa təşkil olundu.
Həmçinin gənc yazar, AJB üzvü, məktəbin 10-cu sinif şagirdi, “Ulu Öndərin işığında” adlı kitabın müəllifi Sevindik Nəsiboğlu ilə şagirdlərin görüşü təşkil olundu.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagird kollektivi iştirak edirdilər. Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin  direktoru Aidə xanım Zülfüqarova, məktəbin  təşkilati məsələlər üzrə direktor müavini Rübabə xanım Hüseynova və təlim-tərbiyə işləri üzrə direktor müavini Nəsibə xanım Əhmədova çıxış etdilər. Onlar bugünkü xoşbəxt yaşayışımıza görə, torpaqlarımızın işğaldan azad olunmasına görə Ulu Öndərimiz Heydər Əliyevə borclu olduğumuzu qeyd etdilər və onun uzaqgörən siyasəti nəticəsində vətənimizin dünya səviyyəsində tanındığını vurğuladılar. Həmçinin tədbirdə Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı haqqında və kitabda çap olunan məqalələr haqqında şagirdlərə məlumat verildi. Gənc yazar Sevindik Nəsiboğlu çıxışında Ulu Öndərimizə həsr etdiyi kitabın yazılma prosesindən, Ulu Öndərimizə olan sonsuz ehtiramından və Ulu Öndərimizin uşaqlara olan qayğısından danışdı.  Sevindik Nəsiboğlu çıxışının sonunda  “Ulu Öndərimiz” adlı şeirini səsləndirdi və şagirdlərə uğurlar arzu etdi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ