Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 saylı tam orta məktəbdə 55-ci məzun ili keçirildi.
Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə açıq elan olundu. Məktəbin direktoru Rəna Rufullayeva şagirdləri, valdeynləri, pedoqoji kollektivi və qonaqları salamladı, son zəng münasibəti ilə hər kəsi ürəkdən təbrik edib, şagirdlərə bol uğurlar arzuladı. Məktəbin direktoru Rəna Rufullayeva buraxılış imtahanında 200-dən artıq bal yığan məzunları, onbirincilərin sinif rəhbərlərini, vaxtı ilə onlara dərs deyən ibtidai sinif rəhbərlərini, təqaüdə gedən 3 müəlliməni Fəxri Fərmanla təltif etdi. Məzunların və birincilərin bir-birindən fərqli rəngarəng rəqslər tədbirə daha da gözəllik qatdı.
Məktəbin şagirdləri 2023-2024-ci il tədris ilində şəhərimizdə, respublikada keçirilən bilik yarışlarında, “Kenquru” Riyaziyyat yarışmasında iştirak etmişdilər. 2023-ci il dekabr ayının 23-də cənab İlham Əliyevin imzaladığı 2024-ci ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində bir sıra silsilə tədbirlər keçirilib.
Məktəbin fəxrli qonaqları Vətən müharibəsinin şəhidi Nadir Rzayevin anası Aynur Rzayeva, Abşeron-Xızı Regional təhsil idarəsinin əməkdaşı Tahirə Əsgərova, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndəsi Pərviz Cəmilov, Sumqayıt Ağsaqqalar şurasının üzvü, 6 kitab müəllifi Əbülfəz Əhmədov, AJB-nin üzvü, “XeberTıme.az” Analitik İnformasiya Portalının direktoru Yeganə Telmanqızı, Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 saylı tam orta məktəbinin ilk məzunu Təkləbi Yusif həkim tədbir iştirakçılarını Bilik Günü münasibəti ilə təbrik etdilər, öz arzularını bildirərək, şagirdlərə müəllimlərə müvəffəqiyyətlər dilədilər. Məktəbin bir sıra məzunları, müəllimlər, valdeynlər məzunları təbrik etdilər.
Xatıladaq ki, bu il məktəbi 69 məzun bitirir, obnlardan buraxılış imtahanlarında 200-dən çox 28 məzun, 250-dən artıq bal yığan 17 məzun var. Maksimal bal yığan məzun 11 A sinif şagirdi Əhmədova Cəmalı buraxılış imtahanından 297 bal yığmışdır. Bu ilki məzunlar məktəbin 55-ci buraxılışıdılar.
Məktəbin onbirinciləri “Bilik açarı”nı birincilərə təqdim etdilər və onlara yaxşı oxuyub, gözəl şagird olmaqlarını arzuladılar.
Sonra onbirincilərin ciynində birincilər məktəbin ilk zəngini çaldılar. Məktəbə dəvət olunan qonaqlar ilə çay masası arxasında xoş söhbətlər davam etdirildi.
Bizdə "XeberTıme.az" Analitik İnformasiya Portalı olaraq bütün komandamız adından Sumqayıt şəhər Zülfü Hacıyev adın 17 saylı tam orta məktəbin direktoru Rəna Rufullayeva başda olmaqla son zəng münasibəti ilə bütün pedoqoji kollektivə və məzunlara böyük uğurlar arzu edirik.
Məzun gününüz mübarək!
Yeganə Telmanqızı
XeberTıme.az