Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür. Bu münasibətlə Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 saylı tam orta məktəbinin qonağı oldum.
Tədbir məktəbin həyətində başlandı. Azərbaycanın Dövlət himni səsləndirildi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Müəllimləri, şagirdləri, valdeynləri salamlayan məktəbin direktoru Rəna Rufullayeva bütün şagirdlərə, bu il tələbə adını qazanan məzunlara qarşıdan gələn illərdə bol-bol uğurlar arzulayıb. Keçən il məktəbin qazandığı uğur və nailyyətlərindən danışıb. Məkətəbin dərs hissə müdiri və sinif rəhbərləri birincilərin ilk qədəmlərini təbrik edərək, gələcək günlərində, illərində gözəl arzular dilədilər.
Sonra məktəbin ilk zəngi çalındı və şagirdlər sinif otaqlarına keçdilər.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-ci il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunması baradə əmr imzalayıb.
Sumqayıt şəhər Z.Hacıyev adına 17 saylı tam orta məktəbin ilk dərsləri “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etdi.
Məktəbin birincilərinin sinifinin qonağı oldum. Uşaqların sevinci bir dünya idi, bəli artıq ilk dərs günü başladı, təbii ki, məktəbi sevən, sevməyən hətdda ağlaya-ağlaya gələn şagirlərdə var idi. Hər birinin üzündə məsumluq, xoşbəxt uşaq hissləri...bu əvəzolunmaz gözəl hisslərdi.
1a sinifi sinif rəhbəri Ömərova Gülnar:
1c sinifi, sinif rəhbəri Salmanova Aynurə:
1b sinifi sinif rəhbəri Salmanova Leyla:
Xatırladaq ki, 2023-2024-ci il tədris ilində məktəbin şəhər səviyyəsində keçirilən tədbirlərində kifayət qədər uğurlar olub. Keçən il məktəbi 69 məzun bitirib, onlardan 55 nəfəri ali məktəbə sənəd verib, 42 məzun tələbə adını qazanıb. İki sinifdən bir sinif yüz faiz nəticə qazanan siniflər sırasındadır.
Beləki, 600dən yuxarı 6 nəfər, 650-dən yuxarı 4 nəfər bal toplamışdır. Sumqayıt şəhər Z.Hacıyev adına 17 saylı tam orta məktəbi Sumqayıt şəhərində öndə gedən məktəblərdən biridir. 2024-2025-ci il tədris ilində 71şagird birinci sinifə, məktəbəhazırlıq qruplarına 69 uşaq qəbul olunmuşdur. Məktəbdə ümumi 838 şagirdin təlim-tədrisi ilə 56 müəllim məşğul olur. Məktəb siniflərinin çoxu şəhid adını daşıyır.
Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı olaraq bütün komandamız adından Sumqayıt şəhər Zülfü Hacıyev adın 17 saylı tam orta məktəbin direktoru Rəna Rufullayeva başda olmaqla bütün pedoqoji kollektivə ilk tədris ilində bol-bol uğurlar arzu edirik.
Yeganə Telmanqızı
XeberTıme.az