Bu ilin ilk 6 ayı ərzində müəllimlərin sertifikasiyası nəzərdə tutulmayıb. Amma dəqiq vaxt bəlli olmasa da, müəllimlərin sertifikasiyası bu ilin prioritetləri arasındadır.Təhsil naziri Emin Əmrullayev bildirib ki, işlər hazırlıq mərhələsindədir. Onun sözlərinə görə, işçi qrupu müəllimlərin sayı, prosesin necə başlanılmalı olduğunu müəyyən etdikdə, sertifikasiyanı aparmaq mümkün olacaq.
Nazir şagirdlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı prosesdən də danışıb.Bildirib ki, bu proses onlayn qaydada da keçirilə bilər.
Qeyd edək ki, fevral ayının 1-dən təhsil müəssisələrinin fəaliyyəti qismən və mərhələli şəkildə bərpa olunacaq.