SON DƏQİQƏ

Buraxılış imtahanında yenilik edilir - 4 mətn... / DETALLAR

Tarix:22-11-2024, 22:50

Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva gələn ilin buraxılış imtahanları ilə bağlı açıqlama verib.

XeberTıme.az  xəbər verir ki, o, İTV-yə müsahibəsində keçən il tətbiq olunan imtahan modelinin bu il də qüvvədə qalacağını bildirib.
Batıyevanın sözlərinə görə, 11-ci siniflərin xarici dil fənni üzrə imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulmayıb. 9-cu siniflərin buraxılış imtahanlarında isə yeniliklər tətbiq ediləcək.
Bu yeniliklərdən biri kimi, imtahanlarda oxuyub-anlama və tətbiqetmə bacarıqlarının yoxlanılması üçün 4 müxtəlif mətn istifadə ediləcək.
Üçü kiçik, cəmi 1-2 cümlədən ibarət olacaq və hər mətn üzrə bir qapalı suala cavab tələb olunacaq. Daha geniş mətn isə şagirdlərin oxuyub-anlama və tətbiqetmə bacarıqlarını dəyərləndirmək məqsədini daşıyır. 

XeberTıme.az   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ