SON DƏQİQƏ

Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta məktəbdə son zəng möhtəşəm şəkildə qeyd olundu- FOTOLAR

Tarix:14-06-2025, 15:37

Tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan edildi, sonra bir dəqiqəlik sükütla torpaqlarımızın azad olunmasında, qalibiyyət tariximizin şanlı səhifəsini yazaraq şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi yad olundu.                                                           Məktəbin direktoru Tahirə Səfərova qonaqları salamlayaraq məzunları, müəllimləri və valdeynləri təbrik etdi.
                             
 - Həmişə ki, kimi məktəbin buraxılış sinif şagirdlərinin ali məktəblərə qəbul imtahanı verərək yüksək nəticə əldə ediblər. Bu günə qədər bu ilki məzunların ali təhsil ocaqlarında uğurları 87 faizdir və inanıram ki, bu nəticə artacaq.  Məktəbin şagirdləri 2024-2025-ci il tədris ilində keçirilən fənn olimpiadalarında da fərqləniblər. Məktəbimizin pedoqoji kollektivi daima şagirdlərin yüksək təlim və təhsilində müstəsna xidmətləri ilə, valdeyn qayğısı ilə seçiliblər.     

Tədbirin fəxrli qonaqları şəhid Murad Məmmədovun anası Elza xanım, şəhid Vüqar Məmmədovun anası Əsmər xanım, AJB-nin üzvü Yeganə Telmanqızı məktəb şagirdlərini salamladılar. Məzunları, müəllimləri və valdeynləri təbrik etdilər, gələcək həyatlarında onlara sağlamlıq, bol-bol uğurlar təbrik edərək onların hər birinə gələcək yollarında uğurlar, xoşbəxt günlər arzuladılar. 
Məzunların sinif rəhbərləri, onlara qələm tutmağı yazmağı, oxumağı öyrədən ibtidai sinif  müəllimləri, valdeynlər məzunları təbrik etdilər.                               

Məktəbin şagirdləri bir-birindən maraqlı rəqslərlə çıxış etdilər. Qəbul imtahanlarından yüksək nəticə göstərən məzunlar simvolik olaraq “Bilik Açarını” birincilərə  tədqim etdilər.       
Birincilər onbirincilərin çiyinlərində son zəngi vurdular. Xoş melodiyalar altında  son zəng səslənərək ətrafı bürüdü. Daha bir ilin son zəngi səslənir. Tədbir musiqi proqramı ilə davam etdi.
Xatırladaq ki, bu il məktəbi 4 sinif üzrə 110 şagird bitirir 11 şagird fərqlənmə atestatı alıb. Bu il məktəbin uğurlu nəticələri sonsuzdur: Məktəbin yeddi  məzunu 600-dən yuxarı bal toplamışdılar. IX siniflər üzrə respublikada yeganə yüksək nəticə göstərən 294,1 bal toplayan Səfərli Gülçin Yalçın qızı olub. “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri Ağazadə Kamran Rauf oğlu, Hüseynov Murad Elburus oğlu, Respublika fənn olimpiadasında məktəbin 10-cu sinif şagirdi Hüseynov Nuran Elburus oğlu biologiya fənni üzrə II yerə layiq görülmüşdür, diplom və medalla təltif olunmuşdur, eləcədə 100 mümkün baldan Fatimə Cəvbrayılova-71 bal, Püstə Abbasova-64 bal, Gülümcanova Mədinə- 92 bal qazanaraq adlarını qaliblər sırasında yazdırmışdılar.  İdman yarışlarında 6-cı sinif şagirdləri regionlar üzrə basketbol yarışının qalibi olmuşdular. İngilis dili bacarıqlarını KINGS olimpiada yarışlarında sınayan şagirdlərin uğurlu nəticələri var. İl ərzində bütün əlamətdar günlərdə, Ulu Öndər Heydər Əliyevin 102 illiyi münasibəti ilə tədbirlər keçirilib.            
Məkətəbdə 1972-ci ildən fəaliyyət göstəririr, 1440 şagirdin təlim-tərbiyyəsi ilə 98 müəllim məşğul olur.  
Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı olaraq başda Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta məktəbin direktoru Tahirə Səfərova olmaqla bütün pedoqoji kollektivi təbrik edirik. Əziz məzunlara gələcək həyatlarında uğurlar arzulayırıq. Əziz məzunlar sizə çalınan “Son zəng”iniz qarşıdan gələn illərinizin ilk zəngi olsun.



 
Yeganə Telmanqızı 
 XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ