SON DƏQİQƏ

Şəhid Səbuhi adına "ALF" Tədris Mərkəzinin açlışı olub- FOTOLAR

Tarix:15-06-2025, 18:09

Sumqayıt şəhərində  Şəhid Həsənquliyev Səbuhi adına "ALF" Tədris Mərkəzinin açlışı olub.                                                  
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə acıq elan olunub. Vətən uğrunda mübarizə aparan igid qəhramanlarımızı bir dəqiqəlik sukutla yad edilib. 
Tədbirdə şəhid ailələri, millət vəkili Elnarə Akimova, bir sıra media nümayəndələri, televiziya əməkdaşları, şəhər ictimayyəti, səhiyyə işciləri, müəllimlər, tədris mərkəzinin şagirdləri, valdeynlər iştirak ediblər.         
Əvvəlcə çıxış üçün söz “ALF” Tədris Mərkəzinin rəhbəri, gənc yaşlarında bir necə lahiyələrin qurucusu, müəllim Nisə xanıma verilib. Nisə xanım qonaqları və şəhid ailələrini salamladı və şəhərimizdə fəaliyyət göstərən və bundan sonra açılan tədris mərkəzlərinə şəhidlərin adını verilməsi təşəbbüsünü irəli sürdü. Şəhid əsgər Səbuhi Həsənquliyevin anası şairə Maisə Həsənquliyeva öz adından, ailəsi adından və şəhid anaları adından atılan bu addıma görə  təşəkkürünü bildirdi.  Qəhrəman şəhidlərimizi yetişdirən  analar və Azərbaycan Respublikası Milli Məclisin  deputatı, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, dosent, Nizami adına Ədəbiyyat İnstitununda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri “Ədəbiyyat qəzeti”-nin şöbə müdiri Elnarə Akimova şəhid Səbuhi Həsənquliyevin adının tədris mərkəzinə verilməsini alqışladı və natiqlər bildirdilər:                                                                    
- Tədris mərkəzlərində böyüməkdə olan nəsil təhsil alır və onların hər biri adlarını qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazdıran şəhidlərimizi tanımalıdır, onların keçdiyi şərəfli döyüş yolları gələcək və böyüməkdə olan nəslə örnəkdir. 30 illik işğal və 44 günlük Vətən müharibəsindəki qalibiyyətimiz!!! Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimiz, sağlamlıqlarını itirən qazilərimiz və müharibə iştirakçılarımız bizim əbədi qəhrəmanlarımızdır! Böyüməkdə olan nəsil bu qəhrəmanları tanımalıdır, onların hər biri haqqında məlumatlı olaraq böyüyüb tərbiyə almalıdırlar. Bizim bura yığışmağımızda səbəb Səbuhi adına “ALF” Tədris Mərkəzinin açılışıdır. Biz bu təşəbbüsü alqışlayırıq və şəhidlərimizin adına açılan bağcaların, tədris mərkəzlərinin, idman zallarının davamlı olmağını arzulayırıq. Bir ana kimi Azərbaycan xalqına, dövlətinə daima sülh, əmin-amanlıq diləyirik.                                                              
Tədbirdə bir sıra incəsənət nümayəndələri bir-birindən maraqlı vətənpərvər mahnıların ifası ilə çıxış etdilər: Ruslan Əkbərov, Xəyal Cəbrayıllı, Nahid Cəfərov, “ALF” Tədris Mərkəzinin "Qarabağ" rəqs qrupu maraqlı rəqs nömrəsi ilə tədbirə rəng qatdılar.                                                        
Tədbirin aparıcısı pedaqoq Gülnar Sadıqova idi.
Sonda şəhid  Səbuhi adına "ALF" Tədris Mərkəzinin rəhbəriliyi media nümayəndələrinə, tədbir iştirakçılarına və əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirdi. 

Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı  adından şəhid  Səbuhi adına "ALF" Tədris Mərkəzinin rəhbəri Nisə xanım başda olmaqla bütün əməkdaşlarına, şagirdlərə bol-bol uğurlar arzulayırıq. 




Yeganə Telmanqızı 
 XeberTıme.az 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ